Qaynar Məqalələr

Ayaqlara qulluq

kosm

Ayaqlara qulluq
Təmizləyici vanna:
1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı sabun ovuntusu əlavə edilərək dabanlar suya qoyulur. Ayaqların dərisini canlandırmaq üçün 3 litr isti suya, 1 ovuc dəniz və ya xörək duzu atılaraq vanna qəbul edilr. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanır.
Masaj:
Təmizləyici vannadan sonra barmaqlardan başlayaraq ayaqlara yağlı krem çəkilir. Su prosedurlarını masajla bitirəndə dərinin hamarlığı və elastukliyinə təminat yaranır. Bunun üçün iki quru fırça götürülərək dabandan yuxarıya dogru dairəvu hərəkətlərlə dəri qızarana qədər masaj edilir. Sonra ayaqlara krem və ya kətan yağı sürtülür.
Tərləmə zamanı:
Hər gün 10-15 dəqiqə tozağacı, palıd qabığı və şam iynələrinin dəmləməi ilə vannalar yaxşı səmərə verir. Küçəyə çıxmazdan əvvəl ayaqlara sprey-antiprspirant vurulur
Ayaq üçün maskalar:
Ayaqlar isti su və sabunla yuyulur. Quruyandan sonra dabanda olan çatlara spirt, daha sonra gənəgərçək yağı sürtülür. 2 saat saxladıqdan sonra isə isti suya 4 çay qaşığı talk və çobanyastığı dəmləməsi əlavə edilərək ayaqlar vanna edilir.
Ayaq üçün istifadə edilən yağlar içərisində üzüm toxumu yağı, E vitamini və zeytun yağı xüsusi yer tutur. Həmin yağlarla maskadan 45 dəqiqə sonra ayaqlar canlanır və rahatlaşır.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev