ENTEREBİOZ

qiz

ENTEREBİOZ
Enterebioz dispeptik pozğunluqlar, perianal nahiyənin qaşınması, bəzən də vulvovaginitlə gedən xəstəlikdir.
Enterebioz bütün ölkələrdə qədimdən təsadüf edilən xəstəlikdir.
Xəstəliyin törədicisi Enterebius vermicularis, və ya bizdə  qurd adlanır. Girdə kiçik ağ qurd olub, erkəyi 2-5 mm, dişisinin uzunluğu 9-12mm olur. Dişinin quyruq tərəfi qarnına qıvrılır, erkəyini quyruğu isə düz olur. Biz qurdlar bağırsaqlara yumurtalar tökür, yetişmiş yumurtalardan 12 barmaq bağırsaqda sürfələr çıxır. Sürfələr 14-15 gündən sonra biz qurda çevrilirlər. Adətən kor bağırsaqda və yoğun bağırsağın yuxarı hissəsində parazitlik edirlər. Perianal hissənin büküklərində, selikli qişa ilə dərinin sərhəddində dişi qurd yumurta qoyur, 4-6 saat ərzində yumurtalar yetişir və sürfələr əmələ gəlir.
Xəstəliyin mənbəyi enterebioza tutulmuş adamdır. Qurdun yumurtası ancaq perianal büküklərdə olur. Anus nahiyyəsini qaşıdıqda qurdun yumurtası ilə çirklənmiş əllər yoluxmaya səbəb olur. Yumurta xəstənin yatağına, alt paltarına, döşəyinə, qab-qacağa, ərzaq məhsullarına, eləcə də tozla buruna və ağıza düşür. Qurdun sekreti mədə-bağırsağın motor və sekretor funksiyasını pozub, bağırsaq divarında iltihabi proseslər əməl gətirə bilir. Biz qurd bəzən bağırsaı deşərək qarın boşluğuna düşüb peritonit törədə bilir.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi mebendazol, vermoks, dekaris və piperazinlə aparılır. 2 həftədən bir müalicə təkrar edilir. Xəstəyə gigyena qaydalarına əməl eləmək tapşırılır, yataq ləvazimatları və alt paltarları dezinfeksiya edilir, qaynadılıb ütüləmək məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Orqanizmin regenerasiyası

Orqanizmin regenerasiyası Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi …

Яндекс.Метрика

Designed by F.Aliyev