Qaynar Məqalələr

POSTKASTRASİON SİNDROM

qiz

POSTKASTRASİON SİNDROM
YUMURTALIQLARIN CƏRRAHİ YOLLA XARİC OLUNMASI
Postkastrasion sindrom hər iki yumurtalığın cərrahi yolla xarıc olunmasından sonra əmələ gələn patoloji vegetativ – damar, neyro-psixi və endokrin -metobolik simptomlar kompleksidir. Bu xəstəliyə hər 2 yumurtalığı xaric olunmuş xəstələrin 80%- də rast gəlinir. Xəstəliyin inkişafında orqanizmin evarioektomuyada sonrakı adaptasiya gücü vacib rol oynayır. Neyroendokrin sistemin fəaliyyətində böyrəküstü vəzin qabıq maddəsi böyük rol oynayır, hansı ki, burada qlükokortikosteroidlər və cinsiyyət hormonları sintez olunur. Yumurtalıqların hər ikisi xaric olduqdan sonra cinsi hormonların sintezi birdən-birə pozulur və dayanır. Beləlikılə də orqanizmdə adaptasiya pozulur.
Uşaqlığın artımlarla birgə total histerktomiyasından sonra bu sindrom daha ağır şəkildə təzahür edir. Ən patogenik pozulma hipotalamo-hipofizar pozulmalar hesab olunur. Xəstələrdə cinsi hormonların azalması urogenital pozulmalara və osteoporoza gətirib çıxarır.
KLİNİKASI: Xəstəliyin aşağıdakı patogenetik pozulmaları vardır:
– depressiya
– asteniya
– isteriya
– tərləmə
– titrəmə
– istibasma
– taxikardiya
-hipertoniya
– ürəyin işemik xəstəliyi
Xəstəlrdə daha sonralar piylənmə, hepatoxolisistit, osteoporoz, lipid mübadiləsinin pozulması nəticəsində ateroskleroz inkişaf edir.
DİAQNOSTİKASI: Hərtərəfli toplanmış anamnez, xəstənin psixoemosional vəziyyəti, osteporozun inkişafı diaqnozun qoyulmasına çətinlik törətmir.
MÜALİCƏSİ: Kompleks şəkildə aparılır, dərman və hormon müalicəsi tətbiq olunur. Əgər uşaqlıq da xarıc edilibsə, estrogen tərkibli preparatlar təyin edilir. Xəstədə psixoemosional pozulmalar varsa trankvlizatorlar, antidepressantlar təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev