Qaynar Məqalələr

Laringit

lar

Laringit
Laringit – qırtlağın və səs tellərinin selikli qişasınin iltihabıdir.
Səbəbləri:
-Qrip
-Soyuqlama
-Virus və bakteriya infeksiyaları
-Bronxit
-Pnevmoniya
-Allerqik reaksiyalar
-Kimyəvi qıcıqlanma
-Qırtlağın zədələnməsi
Əlavə risk faktorlarına otaqların tozlanması, isti, quru hava, səsin gərginləşməsi, burun-udlağın xroniki xəstəlikləri aiddir.
Simptomları:
Kəskin laringitdə ümumi vəziyyət birdən pozulur, hərarət qalxır. Udma zamanı ağrı, bəzən tənəffüsün çətinləşməsi qeyd olunur. Bu zaman boğazda quruluq, qıcıqlanma, cızılma hissi yaranır. Öskurək əvvəlcə quru, sonra isə bəlğəmli olur. Səs xırıltılı, kobud olur, sonra isə səs bata bilər.
Ağılaşmaları:
Xəstəlik adətən 1 həftə çəkir. Rejim pozularsa xəstəlik xroniki formaya keçə bilər. Xroniki forma kəskin forma müalicə olunmadıqda, allergik vəziyyətlərdə, peşə vərdişlərində (tozlar, kimyəvi maddələrlə qıcıqlannma, səsin gücə düşməsi) baş verir.
Müalicəsi:
İlk növbədə səbəbləri (qrip, soyuqlama) aradan qaldırmaq lazımdır. 5 gün xəstəyə danışmaq qadağan olunur, lazım gələrsə pıçıltıyla danışmaq olar. Bu zaman çoxlu isti maye qəbulu ( isti süd bal ilə), boğazın yaxalanması, isti inhalyasiyalar, boğaza isti kompresslər məsləhət görülür. Menyudan kəskin istiotlu, ədviyyatlı yeməklər götürülür. Həkim xəstənin vəziyyətinə uyğun müvafiq müalicə təyin edir.
Profilaktikası:
Profilaktikada ilk növbədə soyuqdan qorunmaq lazımdır. Əllərini sabunla yumalı, birdəfəlik kağız dəsmallardan istifadə etmək lazımdır. Əlləri yumamış buruna, ağıza əl vurmaq olmaz, KRX-lı xəstələrdən uzaq durmaq məsləhətdir. Bədənin möhkəmləndirilməsi ( kontrast su duşu, yaş dəsmalla silinmə, soyuq su ilə yuyunma), tam yuxu, payızda və qışda təmiz havada vaxt keçirmək tövsiyə olunur. Evdə tozlu, çox isti və rütubətli havanın olması məslənət deyil. İşlə əlaqədar zərərli maddələrlə təmasda olursunuzsa, işdən sonra tənəffüs yollarının inhalyasiya şəklində təmizlənməsi məsləhətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

1454014350356

ŞOK qulaq çöpləri qəti olmaz

videoya baxmamışdan əvvəl bu videonu yaxınlarınıza da göndərin ki bu problemlə rastlaşmayasınız

Яндекс.Метрика

Designed by F.Aliyev