Qaynar Məqalələr

Uşaqlıq və uşaqlıq boynunun iltihabı xəstəlikləri

usaq

Uşaqlıq və uşaqlıq boynunun iltihabı xəstəlikləri
Endometrit və endoservisit eyni törədicilərdən tərəfindən törədilir, buna görə də bu xəstəliklər bir-birini müşayiət edir.
Ümumi məlumat:
Uşaqlıq boşluğu silindri epitelidən əmələ gəlmişdir. Bu, endometrium adlanır. Uşaqlıq boynu çoxqatlı epitelidən təşkil olunmuş uaqlıq yolu və uşaqlıq boynu kanalından ibarətdır. Uşaqlıq boynu kanalı da silindrik epitelidən təşkil olunmuşdur və endoserviks adlanır.
Səbəbləri:
Endometrit və endoservisitin törədiciləri Neisseriaqonorreoeae və Chlamidia trachomatis hesab olunur. Qalxan infeksiya olduqda ( uşaqlıq yolundan qadın cinsiyyət orqanlarına keçir) Pervotellaspp, Peptostreptococcusspp. və s. olur.
Simptomları:
Uşaqlıq və uşaqlıq boynunun iltihabının əlamətləri qızdırma, palpasiya zamanı qarnın aşağı hissəsində ağrı, cinsi orqanlardan selikli-irinli ifrazatın xaric olmasıdır. Çox hallarda xəstəlilər simptomsuz keçir, gecikmiş diaqnoz qoyulduqda xəstəliklər ağır fəsadlara səbəb ola bilər.
Diaqnostika:
Həkim-ginekoloq ginekoloji müyinə, kiçik çanağın USM-ini aparır. Bəzi hallarda laparoskopiya tələb olunur. Laborator müayinədə EÇS artır, leykositoz qeyd olunur. Neisseria qonorreya, Chlamydia trachomatisin gedişatı aşkar olunur.
Müalicəsi:
Xəstənin vəziyyətindən asılı olaraq müalicə ev şəra tində vəya stasionarda aparıla bilər. Əsasən antibiotiklər təyin olunur. Qonoreya və xlamidioz diaqnozu qoyulduqda hər 2 partnyor müalicə olunmalıdır.
Ağırlaşmaları:
Xəstəliklər vaxtında müalicə olunmadıqda infeksiya uşaqlıq boşluğunda yayılaraq parametrit, salpiqooforit və pelvioperitonotə səbəb ola bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev