Qaynar Məqalələr

Serebral (beyin) araxnoidit

beyin

Serebral (beyin) araxnoidit

Araxnoidit – baş beyin və onurğa beynin yumşaq qişalarının, əsasən hörümçəyəbənzər qişasının iltihabıdır.
Etiologiyası və patogenezi:
Səbəb amili kimi qrip, revmatizm, xroniki tonzillit, rinosinusitlər, otitlər, bir sıra ümumi infeksiyalar və kəllə-beyin zədələri çıxış edir.
Klinikası:
Xəstələr baş ağrısı, başda ağırlıq hissi, başgicəllənmə, ürəkbulanma, əqli və fiziki iş zamanı tez yorulma və əhvalın pisləşməsi, əsəbilik, ürək və epiqastral nahiyədə xoşagəlməz hissdən şikayətlənirlər.
Ocaq əlamətləri araxnoiditin lokalizasiyasından asılıdır.
Diaqnostika:
Diaqnoz klinik mənzərənin və gedişin kompleks qiymətləndirilməsinə, eləcə də əlavə müayinə üsullarına əsaslanmalıdır. Kranioqramlar kəllədaxili təzyiqin yüksəlməsinin dolayı əlamətlərini aşkar edilə bilər.
Elektroensefaloqrammada konveksital araxnoidit zamanı lokal biogərginlik dəyişmələri aşkar olunur. Diaqnoz qoyulan zaman xəstəliyi digər patologiyalarla differensiyasiya etmək mütləqdir.
Müalicəsi:
Araxnoiditin kəskin mərhələsində differensə olunmayan və olunan müalicə aparılmalıdır.
Differensə olunmayan müalicə iltihab əleyhinə, desenzibilizə edici, allergiyaya qarşı, həmçinin orqanizmin müqavimətini yüksəldən vasitələri əhatə edir. Bu məqsədlə qlükokortikoidlər və histaminəleyhinə preparatlar tətbiq olunur.
Differensə olunmuş müalicə etioloji amildən, xəstəliyin mərhələsindən və prosesin lokalizasiyası ilə şərtlənən klinik formalardan asılı olaraq aparılır. Salisilatlar, qeyri-steroid tərkibli iltihabəleyhinə preparatlar – indometasin, mefenam turşusu, brufen tətbiq edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev