Qaynar Məqalələr

İTALİYAN PIZZASI

pizza

İTALİYAN PIZZASI
4 nəfərlik pizza üçün lazım olanlar:
Xəmir üçün
– 0,5 kq un
– 300 ml ilıq su
– 1 paket quru maya
– bir çimdik duz
– xörək qaşığı zeytun yağı
Üstünə vurmaq üçün
– pomidor
-pizza pendiri
Quru mayanı 1 xörək qaşığı ilıq suda yumşaldıb zeytun yağı, duz əlavə edilmiş unun üstünə tökərək xəmir yoğrulur. Sonra xəmir 5 hissəyə bölünüb, kundə halına gətirilir və üstü örtülüb, mayalanmağa qoyulur. Xəmir mayalandıqdan sonra kündələrdən biri götürülüb dairəvi şəkildə yayılır. Xəmir nazik olacaq deyə onunla ehtiyatla davranmaq lazımdır. 1 sm qalınlığında yaydıqdan sonra xəmirin üstünə dilimlənmiş pomidor düzülür və mazarella pendiri sürkəcdən keçirilib əlavə deilir. Pizza bişmək üçün əvvəlcədən qızdırılmış sobaya qoyulur.
Zövqə görə pizzanı sosika, kolbasa, toyuq əti və başqa ət məhsulları ilə də bişirmək olur.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev