İŞEMİK SPİNAL İNSULT

isemik

İŞEMİK SPİNAL İNSULT
İşemik insultun inkişafından əvvəl onurğa beyin qan dövranında təkrar tranzitor pozulmalar müəyyən olunur.
Spinal insult qəflətən baş verə bilər (emboliya və ya onurğa beyni təhciz edən damarların travmatik sıxılması zamanı), yaxud bir neçə saat, hətta gün ərzində inkişaf edə bilər. Çox vaxt spinal insult baş verməzdən əvvəl onurğada və ya ayrıca kökcüklər boyunca ağrı qeyd edilir. İşemiya baş verdikdən sonra isə ağrılar xeyli sakitləşir.
Kliniki simptomları işemik ocağın yerləşməsindən və nə qədər yayılmasından asılıdır. Yerləşdiyi nahiyyəyə görə işemik insultun aşağıdakı növləri var:
ONURĞA BEYİNİN VENTRAL YARISININ İŞEMİYASI SİNDROMU:
Bu zaman ətrafların iflici, dissosiasiyalı paranesteziya və çanaq üzvlərininn funksiyalarının pozulması ilə xarakterizə olunur. Əzələ-oynaq və toxunma hissiyatı pozulmur. Əgər işemiya onurğa beynin boyun hissəsində yerləşərsə, əllər və ayaqlar iflic olur.
ÖN İŞEMİK POOLİMİELİYA SİNDROMU:
Bu zaman yuxarı və aşağı ətrafların müəyyən əzələ qruplarının parezinin sürətli inkişafı, arefleksiya və əzələ atrofiyası baş verir. Xəstəlik polinielitə oxşar kliniki şəkildə gedir, ancaq infeksiya ilə zədələnmələr baş vermir.
BROUN-SEKAR SİNDROMU:
Onurğa beynin yarısının tipik komperssion zədələnməsindən ona görə fərqlənir ki, işemiya zamanı arxa ciyələr saxlanır. Bu səbəbdən də, ətrafların oynaq-əzələ hissiyyatı pozulmur.
MƏRKƏZİ MEDULYAR İŞEMİYA SİNDROMU:
Onurğa beyinin mərkəzi şöbələrinin kəskin və yarımkəskin zədələnməsi ilə səciyyələnir, əllərin üstünlük təşkil edən zəifliyinə səbəb olur.
ÖN VƏ YAN CİYƏLƏRİN KƏNAR SAHƏSİNİN İŞEMİYASI SİNDROMU:
Ətrafların spastik paraparezi, beyincik ataksiyası və yüngül ötürücü parahipertenziya ilə təzahür edir. Xəstələrin yuxarı ətraflarında zəiflik, əllərin xırda əzələlərinin atrofiyası, patoloji əl və pəncə işarələri, çiyin qurşağı əzələlərinin fassikulyar dartılması baş verir.
ONURĞA BEYİNİN KÖNDƏLƏN ARXA HİSSƏSİNİN İŞEMİYASI: Xəstəlik arxa onurğa beyin arteriyasının tıxanması zamanı baş verir. İşemiyanın yerləşdiyi yerdə hipertenziya qeyd olunur, ayaqlarda toxunma hissiyyatı itir.
DİAQNOZU: Xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün KT və MRT –nın nəticələri əsas götürülür.
MÜALİCƏSİ: Müalicəsində qan dövranını yaxşılaşdıran dərmanlardan, damargenəldicilərdən, ödem əleyhinə preparatlardan istifadə olunur. Xəstəyə antikoaqulyantar müalicə və fizioterapiya müalicəsi tətbiq edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

iflic

İflicin bizə xəbərdarlığının 8 əlaməti

İflicin bizə xəbərdarlığının 8 əlaməti. Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu …

Яндекс.Метрика

Designed by F.Aliyev