Qaynar Məqalələr

UŞAQLIQ YOLUNUN HERPESİ

usaq

UŞAQLIQ YOLUNUN HERPESİ
Viruslar uşaqlıq yolunun, vulvanın, uşaqlıq boynunun xəstəliklərini törədir. Virusların bəzi növləri cinsiyyət sistemininn yuxarı şöbəsinə keçərək iltihabi prosesə səbəb ola bilir. Cinsiyyət üzvlərinin virus infeksiyaları adətən latent formada keçir, lakin hamiləlik dövründə ağırlaşmalara səbəb olur. Cinsiyyət üzvlərinin yerli zədələnmələri və virusemiya zamanı xəstəlik törədicisinin dölə keçməsi riski yüksəkdir. Nəticədə döldə inkişaf anomaliyaları əmələ gəlir. Bəzi viruslar var ki, hamilə olmayan qadınların cinsiyyət üzvlərində nəzərə çarpacaq dəyişikliklər törətməsə də, hamiləlik dövründə dölün zədələnmə təhlükəsi yaranır. Sadə herpes virusu belə viruslardan biriudir. Sadə herpes virusu hamilılikdən əvvəl, həmçinin hamiləlik dövründə reproduktiv orqanların qabarıq şəkilıdə zədələnməsi ilə müşayət olunur.
Son illər əhali arasında herpes infeksiyasının səviyyəsi artmışdır. Çoxları elə hesab edir ki, sadə herpes adi infeksiyadır. Amma, hesablamalara görə cinsiyyət üzvlərinin xəstəliklərinin 80%-ini sadə herpes virusu törədir. Bu virus adətən sinir hüceyrələrində yaşayır.
Herpes xəstənin immun sisteminə dağıdıcı təsir göstərərək ikincili immunodefisit yaradır. Xəstəlik residivləşəndə normal cinsi həyatı pozur və sinir-psixi pozğunluq yaradır. Yoluxma mənbəyi herpesli xəstə və virusgəzdirəndir.
DİAQNOZU: Xəstəliyin diaqnozu kliniki əlamətlərə görə və laborator müayinələrə əsasən qoyulur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi ginekologiyanın problemlərindən biridir. Xəstənin zədələnmiş nahiyyəsinə antivirus preparatlar qismində asiklovir, valtreks və s. tətbiq edilir, virusəleyhinə ineksiyalar təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev