Amöbiaz

amob

Amöbiaz
Amöbiaz zamanı yoğun bağırsağda parazit orqanizmlər – amöblər aşkar edilir.
Ümumi məlumat:
Bu parazitlə yoluxma müxtəlif yaşlarda ola bilər. Çox vaxt insan parazitlə yoluxmadan xəbərsiz olur. Bu parazit yoğun bağırsaqda coxlu miqdarda olduqda özünü klinik olaraq büruzə verir. Bu xəstəlik amöb dizenteriyası adlanır.
Səbəbləri:
Xəstəliyin törədicisi Entamoeba Hystolyticadır ki, bu da bağırsağın selikli qişasını zədələyir. Ailə üzvlərinin birində amöb daşıyıcılığı aşkar olunduqda onun qohumları da yoxlanılmalıdır. Belə adamlar infeksiya daşıyıcıları və infeksiya mənbəyi ola bilərlər.
Simptomları:
-nəcisdə qan qarışıq selikli diareya
-qarında diskomfort hissi
-qara ciyərin ağrılı böyüməsi

Ağırlaşmaları:
Ağırlaşması susuzlaşma, qara ciyər absesi, baş beynin infeksiyalaşması ola bilər.
Sİz nə edə bilərsiniz:
Əgər nəcisdə qan qarışıq selik görünürsə mütləq həkimə müracıət edin. Özünümüalicə bu zaman mənasızdır. Diaqnoz təsdiq olunduqda hospitalizasiya tələb olunur. Xəstəlik müalicə olunmadıqda infeksiya daşıyıcısı ola bilər.
Həkim nə edə bilər:
Həkim nəcisin bakterioloji analizini aparır. Diaqnoz təsdiq olunduqda həkim müvafiq müalicə aparır.
Profilaktik tədbirlər:
Suyu azı 10 dəqiqə qaynadın. Tualetdən sonra əllərinizi yuyun, yeməkdən əvvəl də əllərinizi yumağı unutmayın. Meyvə və tərəvəzləri işlətməmişdən qabaq yuyun. Ərzaqların üstünü örtün. Küçədə satılan tərəzvəz və meyvələri almaq məsləhət deyil. İnsan nəcisindən gübrə kimi istifadə etməyin.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev