SARKIDOZ

qiz
SARKIDOZ – naməlum etiologiyalı xronik multisystem xəstəliyi olub, limfositlər və mononuklearların toplanması, qeyri-kazein epiteloid qranulomanın əmələ gəlməsi və zədələnən orqanın normal strukturasının pozulması ilə xarakterizə olunur.
Xəstəlik ən çox 20-40 yaşlı şəxslərdə rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi infeksion və qeyri-infeksion faktorların olması əsəs götürülür.
Bu xəstəlik zamanı ən çox zədələnən orqan ağ ciyərlər olur. Genetik və irsi faktorların da sarkidoza səbəb olması danılmır. Metan tozları və ya tüstüsü də ağ ciyərlərdə sarkidoza səbəb olur.
PATOMORFOLOGİYASI: Sarkidozun əsas əlaməti ağ ciyərlərdə və digər orqanlarda qeyri-kazeoz epitelioid qranulomalardır. Qranulomalar epitelioid hüceyrələrdən, makrofaqlardan, T- helperlər və fibroblastlrda olmur. Sarkoid qranulomasının əmələ gəlməsi ağ ciyər köklərinin ikitərəfli limfadenopatiyasına, ağ ciyərlərdə dəyişikliklərə, dərinin, gözlərin və digər orqanların zədələnməsinə gətirib çıxarır.
ƏLAMƏTLƏRİ: Xəstələr ən çox yüksək yorğunluq, təngnəfəslik, atralgiyalar, əzələ ağrısı, döş qəfəsində ağrı, ümumi zəiflik narahat edir.
DİAQNOZ: Müayinə zamanı sarkidozlu xəstələrin 25%-də dəri zədələnmələri aşkar edilir. Ən çox rast gələn təzahürlər düyünlü eritema ilə yanaşı oynaqların şişkinliyi və ya hiperemiyası olur. Ağ ciyərlərin müayinəsi zamanı zəifləmiş və sərt tənəffüs eşidilir. Xəstəlik beyin sinirlərinin iflici, polinevrit, polinevropatiya, meningit, epilepsiya əlamətləri və yaddaş pozulmaları ilə müşayət olunur.
DİAQNOZU: Qanın ümumi anlizində limfositopeniya, eozinofiliya, hiperkaıiemiya, hiperkalsiuriya aşkar edilir. Qan zərdabında lizosimlərin miqdarının artması mümkündür.
MÜALİCƏSİ: Sarkidozlu xəstələrin əksəriyyəti psixi pozğunluqdan əziyyət çəkirlər. Buna görə də xəstəliyin müalicəsində psixoloji aspektinin və xəstələrin sağala biləcəyinə inandırılması əhəmiyyət kəsb edir. Xəstələrə dərman terapiyası təsir etmədikdə orqan tansplantasiyası məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev