Qaynar Məqalələr

QİYMƏTLİ DAŞLAR VƏ ONLARIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ

daslar

QİYMƏTLİ DAŞLAR VƏ ONLARIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ.
Daşlardan aksesuar məqsədi ilə istifadə olunur. Hər bir təbii daş insana gözəlik verməklə yanaşı pozitiv enerji də verir. Təbii daşların enerjisi insana pozitiv enerji ilə bərabər, şəfa vermək qabiliyyətinə malikdir. Daşların insan səhhətinə təsirinin tarixi Qədim Misir dövrünə qədər gedib çatır. Qiymətli daşlardan bəziləri barədə öyrəndiyim məlumatları sizinlə bölüşmək istəyirəm.
ƏQİQ – Sahibinə qarşısındakı maneələri aşmaqda kömək edir, ona mənəvi güc verir. Müvəffəqiyət, cəsarət, özünəgüvən və iradəli olamaqda yardım edir.
AMETİST – Sahibinin zəkasını artırır, insanı müdrikləşdirir, əsəblərini sakitləşdirir. Dəyərsiz duyğulardan, pis fikirlərdən uzaqlaşdırır.
AQVAMARİN – Dünyagörüşü dərinləşdirir, zəkanı artırır, diqqəti cəmləşdirir.
SELENİT – Sahibinə yaşama sevinci verir, dünyaya baxışı dəyişir, həyatı insana sevdirir.
ALMAZ – sədaqət, bolluq, sevinc simvoludur. Zəhərlənmələrdən və pis gözdən qoruyur. Sahibini pis yuxu görməkdən qoruyur və cəsarət verir.
YAQUT – Dostluq, sədaqət və səmimiyyət rəmzidir. Bədənin sağlamlığını möhkəmləndirir, uzaq səyahətlərdə qoruyucu mələk rolunu oynayır.
MİRVARİ – Sadəlik və təvazökarlıq rəmzidir. Sahibinin dəyərli biri olduğunun bildirir. Mirvari elm və alimliyin rəmzidir.
KƏHRƏBA – Günəşin simvolu sayılır. Boğaz ağrısına və qalxanvari vəzin xəstəlikləri zamanı şəfaverici təsirə malikdir.
MƏRCAN – Sahibinin özünə nəzarət hissini artırır, dürüstlüyü və mənəvi gücü təmsil edir. Yuxuszluğu aradan qaldırır.
OPAL – sədaqət, güvən rəmzidir. İnsanın dini inanclarını qüvvətləndirir. Ürək xəstəliklərinə faydası var.
FİRUZƏ – sağlamlığa faydası var. Qədim zamanlarda göz xəstəliklərinin müalicəsində firuzədən istifadə edirlərmiş. Günəş və atəşin simvolu sayılır. Qədimdə tacirlər ciblərində firuzə daş gəzdirirlərmiş. İnanaca görə bu daş sahibinə bolluq və sərvət gətirərmiş.
NEFRİT – mükəmməlliyin simvolu sayılır. İnanca görə böyrək xəstəliklərinə faydası var.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev