Qaynar Məqalələr

Zərif biskvit

bisk

Zərif biskvit
Lazım olan ərzaqlar; 4 ədəd yumurta, şəkər-160 qr, 2 xörək qaşığı bal, un-190 qr, qatılaşdırılmış süd
Hazırlanma qaydası: yumurtalar, şəkər, bal 10 dəqiqə yaxşıca çalınır, sonra üzərinə tədricən un tökülür və aşağıdan yuxarıya qarışdırılır. Formaya tökülərək 170-180C-də bişirilir. Bişməyi taxta çöplə yoxlanılır.
Alternativ hazırlanma qaydası: yumurtalar, şəkər, bal 10 dəq yaxşıca çalınır, sonra üzərinə un tökülərək aşağıdan yuxarıya qarışdırılır. İçinə kalka kağızı qoyulmuş formaya xəmir tökülür, əvvəlcədən 170-180C-dək qızdırılmış sobaya qoyularaq bişirilir. Bişməyi taxta çöplə yoxlanılır. Biskvitin kənarını bıçaqla aralayaraq formadan çıxarıb masaya qoyurlar və onu 3 korja bölürlər. Hər korja bişmiş qatıllaşdırılmış süd çəkirlər (qatılaşdırılmış südü kərə yağı və ya xama ilə çalmaq olar). Üstdəki korja krem çəkmirlər, şokoladlı qlazur çəkilir və ortasına bir qədər qoz səpilir. Krem biskvitin canına çəkmədən tortu yemək olar.

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev