Qaynar Məqalələr

ÜRƏK REVMATİZMİ

urek

ÜRƏK REVMATİZMİ
Ürək revmatizmi iltihabi xəstəlik olub, ürək qapaqlarında və qapaqların quruluşunda destruktasiya ilə müşyət olunan xəstəlikdir. Xəstəliyin əmələ gəlməsinə səbəb stafilokokklar, streptokokklardır. Xəstələrin anamnezinə diqqətlə qulaq asdıqda ürək revmatizminin angina, xroniki tonzillit və bu kimi xəstəliklərdən sonra meydana gəldiyi aşkar edilir.
Ürək revmatizmi bəzi infeksion xəstəliklərin ağırlaşmasıdır. Belə ki, stafilokokklar və bu kimi infeksiyalar qanda xroniki halda olanda ürəkdə ağırlaşmalar törədir. Xəstəliyin əlamətləri aşağıdakılardır:
– qızdırma
– ürək tonlarının zəifləməsi
– düzgün olmayan ürək döyüntüləri
– fiziki gərginlik zamanı təngnəfəslik
– halsızlıq
– tez yorulma
Xəstəlik gedişinə görə aşağıdakı formada olur:
– yarım kəskin
– kəskin
-xroniki
KLİNİKASI: Xəstəliyin əsas əlamətlərindən biri qizdırmadır ki, bu da qeyri düz formada olur. Böyüklərdə bu xəstəlik uşaqlara nisbətən daha yüngül keçir. Xəstələr digər infeksion xəstəlik keçirərlərsə ürək revmatizminin verdiyi patoloji əlamətlər gec keçir, xəstələrdə isə ürək döyünmə artır.
Bu xəstəlik xroniki xəstəlikdir.
DİOAQNOZU: Ürək revmatizminə diaqnozun qoyulmasında laborator analizlərin rolu böyükdür, EKQ-nin nəticələri daha əsas götürülür. Xəstəyə revmoproba qoyulur, EÇS yoxlanılır.
MÜALİCƏSİ: Ürək revmatizminin müalicəsi məqsədyönlü aparılır. Belə ki, xəstəliyin əlamətlərinə görə müalicə ilə bərabər, infeksiya ocağının tapılması və müalicəsi vacib xarakter daşıyır. Xəstəyə antibiotiklər, ümümi müqavimət artırıcı dərmanlar və kortikosteroidlər təyin edilir lazım gəldikdə cərrahi müdaxilə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev