Qaynar Məqalələr

QADIN CİNSİYYƏT ÜZVLƏRİNİN VƏRƏMİ

verem

QADIN CİNSİYYƏT ÜZVLƏRİNİN VƏRƏMİ
Vərəm ümumi infeksion xəstəlik olub xroniki gedişata malikdir. Törədicisi vərəm mikobakteriyasıdır.
Təsnifatı:
Cinsiyyət üzvlərinin vərəmi bir neçə formaya bölünür:
1. Azsimptomlu forması – bu zaman patoloji prosesə periton cəlb olunmur.
2. Yarımkəskin gedişatlı forası – eksudativ-proliferativ dəyişikliklər müşahidə olunur, patoloji prosesə periton cəlb olunur.
3. Ağır forması – xəstəlik kəskin keçir, üzvlərdə kazeoz dəyişikliklər baş verir.
4. Başa çatmış vərəm kapsula formasında olan kirəcləşmiş ocaqları əmələ gəməsidir.
Klinikası:
Əsasən genital vərəm 20-30 yaşlarında olan qadınlarda müşahidə olunur.
Qadın cinsiyyət üzvlərinin vərəmi xroniki olur. Çox zaman kəskinləşmə cinsi həyat başladıqdan sonra baş verir. Genital vərəmli qadınlarda aybaşı pozulması endometriumun zədələnməsindən və yumurtalıqların fəaliyyətinin pozulmasından asılıdır.
Aybaşı pozulması hipomenstrual sindrom, menometrorragiya, birincili və ikincili amenoreya kimi olur.
Vulvanın vərəmi – bu forma nadir hallarda baş verir. Spesifik xoralar klitor və kiçik cinsiyyət dodaqlarında yerləşir və ağrılı olur.
Uşaqlıq yolunun vərəmi ağrılı xoralarla müşahidə olunur. Çox zaman uşaqlıq yolunun arxa tağında və arxa divarında lokalizasiya olunur.
Uşaqlıq boynu vərəmi – spesifik proses endometriumdan servikal kanala yayıldıqda inkişaf edir, bəzən uşaqlıq boynunun uşaqlıq yolu hissəsinə keçir.
Uşaqlıq artımlarının vərəmi – adətən ikitərəfli olur, bu zaman selikli qişa qalınlaşır onun daxilində milliar qabarcıqlar əmələ gəlir.
Yumurtalıqların vərəmi – vərəm prosesi uşaqlıq borusundan yumurtalığa limfogen yaxud hematogen yolla keçir.
Uşaqlığın vərəmi – endometrium zədələnir, selikli qişada spesifik düyünlər əmələ gəlir, bu düyünlər kazeoz əriməyə məruz qalır, bəzən isə prosesin dayanması ilə başa çatır.
Diaqnostikası:
Diaqnoz anamnezin, obyektiv ginekoloji müayinənin və xüsusi, əlavə müayinə üsullarının əsasında qoyulur (histerosalpinqoqrafiya, ağciyərlərin və qarın boşluğunun rentgeni, aybaşı qanının, uşaqlıq yolu və servikal kanaldan götürülən ifrazatın seroloji və bakterioloji, uşaqlıq boynunun qaşınması nəticəsində alınan bioptantın histoloji müayinəsi və s.)
Müalicə:
Müalicə ixtisaslaşməş xəstəxanalarda, dispanserlərdə, sanatoriyalarda aparılmalıdır. Vərəm əleyhinə təyin olunan preparatlarla yanaşıorqanizmin müqavimətini artıran dərmanlar, vitaminlər, yaxşı qidalanma, istirahət qaydaya salınmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev