Qaynar Məqalələr

ONURĞADA SINIQLAR

onur

ONURĞADA SINIQLAR
Onurğa fəqərələrdən ibarətdir. Fəqərələr bir-birinə yumuşaq toxuma və disklərlə bağlıdır. Onurğa bizim gövdəmizin dik durmasının, sağa və sola, önə və arxaya əyilməyimizin səbəbkarıdır. Əgər onurğada sınıqlar baş verərsə bu zaman fəqərənin yerləşdiyi yerdən asılı olaraq həmin nahiyədə hərəkət məhdudluğu meydana çıxır.
Onurğada baş verən sınıqların 5%-i boyunda, 70%-i kürək və beldə, qalanları isə aşağı hissədə baş verir.
Sınıqlar sümüyün üzərinə dayanabiləcəyindən artıq yük düşəndə və ya travma nəticəsində, avtomobil qəzaları zamanı baş verə bilir. Sınıqlar yıxılmalar, odlu silah yaralanmaları, bəzən idman qəzaları zamanı da baş verə bilir. Osteoparozlu xəstələr və yaşlı adamlar yüngül zədələnmə zamanı onurğa sınığına məruz qala bilirlər. Ağır travmalar zamanı onurğada sınıqlarla bərabər çıxıqlar da baş verir ki, bu zaman cərrahi müdaxilə mütləqdir.
ƏLAMƏTLƏRİ: Xəstəliyin əlamətləri sınığın yerləşdiyi yerinə, zədənin ölçüsünə görə dəyişir. Onurğa zədələndikdə boyun, kürək, bel və əzələ spazmı baş verir. Sınma yerindən asılı olaraq qabırğaarası sinirin qidalandırdığı nahiyyədə uyuşma, keyimə hissi, gücün itməsi, qeyri-ixtiyari sidikburaxma meydana çıxır. Xəstələr sınıq baş verən nahiyyədə şiddətli ağrıdan şikayət edirlər.
DİAQNOZU: Sınıqlara diaqnoz qoymaq üçün rentgen müayinəsi, KT və MRT-nin nəticələri nəzərə alınır.
MÜALİCƏSİ: Müalicəsi sınıqların növündən asılı olaraq cərrahi müdaxilə və ya gips qoymaqla aparılır. Sınıqların bitişməsini yoxlama üçün təkrar müayinələrə ehtiyac lazım gəlir, fizioterapevtik müalicə təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev