OPİSTORXOZ

qurd

OPİSTORXOZ
Opistorxoz – qaraciyərin, öd yollarının və pankreasın qurd xəstəliyidir. Xəstəlik insanlara pişik, tülkü, it və balıqlardan keçir. Yumurtalar heyvanların nəcisi qarışmış sudan da insanlara keçə bilir.
Sürfələr 2 həftə ərzində cinsi yetişkən opistorxilərə çevrilir, qaraciyər daxili və qaraciyər xarici öd yollarında və pankreasın axacağında parazitlik edir. Onlar axacaqların divarını zədələyir, ödün və pankreas şirəsinin axmasına maneçilik törədir. Parazit öd yollarında reseptorları qıcıqlandıraraq mədə, 12 barmaq bağırsaq, ürək-damar sistemininn funksuyasını pozur, öd yollarını hiperplaziyaya uğradır.
KLİNİKASI: Xəstəlik ilk vaxtlar başgicəllənmə, kefsizlik, allergic səpgi ilə müşayət edilir. Xəstələrdə sağ qabırğaaltı nahiyədə və epiqastral nahiyədə ağrılar olur, qanda eozinofillər artır. Bəzən ağrılar tutmaşəkilli olur. Dəri və sklera saralır. Qara ciyər, öd və pakreasın ölçüləri böyüyür, funksiyaları pozulur, mədə turşuluğu artır, xroniki hepatit əlamtləri meydana çıxır.
DİAQNOZU: Diaqnoz xəstəliyin kliniki mənzərəsinə, epidemioloji anamnezə, nəcisdən və 12 barmaq bağırsaqdan qurd yumurtalrının tapılması ilə təsdiqlənir.
MÜALİCƏSİ: Spesifik müalicədə xloksil işlədilir. Antihelment preparatlarla yanaşı patogenetik, simptomatik müalicə, infeksion ağırlaşmalarda antibiotiklər tətbiq olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Orqanizmin regenerasiyası

Orqanizmin regenerasiyası Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi …

Яндекс.Метрика

Designed by F.Aliyev