Qaynar Məqalələr

Dağınıq skleroz

skele

Dağınıq skleroz.
Dağınıq skleroz (DS) – mielinsizləşmə ilə müşahidə olunaraq remissiyalı gedişlidir, sinir sisteminin çoxocaqlı zədələnməsi ilə səciyyələnir.
Etiologiyası:
Uzun illər çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq, hələ də xəstəliyin etioloji səbəbi dəqiq öyrənilməmişdir.
Müasir tədqiqatçıların əksəriyyəti DS-u çoxfaktorlu xəstəlik hesab edir və xəstəliyin inkişafında virus, genetik və coğrafi amillərə mühüm rol ayırırlar.
DS inkişafında genetik amillərin də böyük rolu var. Bundan başqa dünyanın müxtəlif regionlarında xəstəliyin qeyri-bərabər yayılması xəstəliyin mühitlə əlaqəli olmasına sübutdur.
Patogenezi:
Xəstəliyin patogenezi mürəkkəbdir. Güman edilir ki, genetik meyylilik və immun sistemin möhkəm olmaması nəticəsində ekzogen zədələyici amillər mərkəzi sinir sisteminə daxil olur, mielin qişanın oliqodendrogliya hüceyrələrinə keçərək, mielinin dezinteqrasiyasına səbəb olur. Nəticədə spesifik mielin əmələgətirmə funksiyasını yerinə yetirən oliqodendroqliyanın genetik çatışmazlığı əhəmiyyət kəsb edir.
Dağınıq skleroz xəstələrdə böyrəküstü vəzin qabığının hormon fəallığının pozulması, digər nevroloji xəstəliklərdə də orqanizmin qeyri-spesifik reaksiyası hesab edilir.
Patomorfologiyası:
Dağınıq skleroz moprfoloji olaraq baş beyində və onurğa beyində çoxsaylı mielinsizləşmə ocaqları ilə qeyd olunur. Təzə ocaqlar çəhrayı rəngli, yumşaq olur, mikroskopik olaraq onlarda sinir liflərinin periaksial mielinsizləşməsi müşahidə olunur. Daha sonra onların rəngi dəyişir, boz rəng alırlar, bərk olurlar.
Klinikası:
Xəstəliyin başlanması tədrici və azsimptomlu olur. Bəzi hallarda isə kəskin başlayır. Görmə sinirinin zədələnmə əlamətləri xəstəliyin ilkin əlaməti olur. Görmə itiliyi zəifləyir, görmə sahəsi azalır. Bundan başqa gözdə ağrılar müşahidə olunur bir sıra hallarda atrofiya əlamətləri müşahidə olunur. Gözün hərəki siniri zədələndiyindən diplopiya, çəpgözlük, daimi olmayan piramid əlamətlər- mono-hemiparezlər, pəncənin klonusu, patoloji reflekslər, beyincik pozulmaları (statik və dinamik ataksiya) müşahidə olunur.
Nisbətən seyrək hallarda nevrotik pozulmalar, çanaq üzvlərinin funksiya pozulmaları, vegetativ-damar distoniyası, üz siniri, üçlü sinirin zədələnməsi həmçinin ilkin əlamətlərdən hesab olunur.
Kəskin forma, nadir təsadüf edilən formalardan olub, gedişin sürətli inkişafı ilə seçilir. 1-2 gün müddətində qusma ilə müşahidə olunan baş ağrıları zamanı beyin kötüyünün və büyinciyin zədələnmə əlamətləri qeyd edilir.
Diaqnostik meyarlar aşağıdakılardır:
1. Xəstəliyin erkən yaşlarda başlanması, klinik əlamətlərin çoxformalılığı, əlamətlərin gün ərzində daimi olması, kəskinləşmə və remissiya mərhələsində xəstəliyin dalğavari gedişi.
2. Göz dibinin normal vəziyyətində görmə sahəsinin dəyişməsi, müvazinət pozulmaları mühüm diaqnostik əhəmiyyət kəsb edir.
Müalicəsi:
Xəstəliyin müalicə taktikası orqanizmin immunoloji reaktivliyini, neyroallergik reaksiyaları, sinir sistemində mübadilə proseslərinin və mikrosirkulyasiyanın yaxşılaşmasını, eləcə də simptomatik vasitələrin geniş istifadə olunmasını əhatə edir.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev