Qaynar Məqalələr

ALLERGIYA

aller

ALLERGIYA.
XX əsrin əvvəllərində bütün dünyada ən geniş yayılmış patlolgiyalardan biri allergik xəstəliklər sayılır. Əhalidə günü-gündan artan allergiyaların mühüm səbəblərindən ətraf mühitin çirklənməsi, kimya sənaye məhsullarının məişətə daxil olması, dərmanların lazımsız və çox miqdar qəbul edilməsidir. Eyni zamanda təbii qidalardan az istifadə etmə, qida traktında ferment çatmazlığı, disbakterioz, somatik və endokrin xəstəliklər də allergiyaya meyilliyi artırır.
Ümumduünya Səhiyyə Təşkilatının məlumatına əsasən allergik xəstəliklər yayılmasına görə dünya əhalisi arasında üçüncü yeri tutur. Allergiya nədir?
Allergiya – orqanizmin bir və ya bir neçə allergenin təkrar daxil olmasına qarşı hiperhəssas immun reyaksiyası olub, orqanizmin öz toxuma və hüceyrələrini zədələməsi ilə nəticələnən xəstəlikdir.
Orqanizmdə olan immun sistemin normada əsas funksiyası orqanizmi antigenlərdən müdafiə etməkdir. Allergik reyaksiyalar isə orqanizmin və onun hüceyrələrinin zədələnməsinə səbəb olur və heç bir müdafiə funksiyası daşımır.
Təqsqiqatlar göstərir ki, valideyinlərin birində allergiya olsa uşaqların 50%-ində, hər ikisində allergiya olarsa 60%-ndə allergiyaya meyillik olur.
İnsanda allergik xəstəliyin yaranmasına səbəb onun immun statusu, irsi meyilliyi, allergenlərin xüsusiyyəti, daxilolma yolu, dozası və kimyəvi tərkibidir.
Allergik xəstəliklər 2 cür olu:
– infeksion (göbələk, bakteriya, virus)
– qeyri-infeksion (qida, yun, tük, dərman, toz və s.)
Allergiya xəstəliyi özünü müxtəlif əlamətlərlə göstərir:
– selik və dəri ödemi
– dəridə səpgilər
– qaşınma
– asqırma
– gözlərdə qızartı və s.
Xəstəliyin əlamətləri kəskinəşdikdə isə təngnəfəslik, boğulma, qan təzyiqinin aşağı düşməsi baş verir. Xəstəlik vaxtında və düzgün müaıicə olunmazsa bağırsaqların saya əzələləri spazma uğrayır, qara ciyər damarları zədələnir, anafilaktik şok baş verir.
Xəstəliyin müalicəsi allergeni tapmaq və onu xəstədən uzaqlaşdırmaq tədbirləri ilə başlayır, xəstəyə allergiya əleyhinə preparatlar təyin edilir. Allergiya zədələnmələrinin aradan götürülməsi müalicədə əsas tədbirlərdən biri hesab olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev