Qaynar Məqalələr

Akromeqliya

alko

Akromeqliya
Akromeqaliya – daxili orqanların, yumşaq toxumaların və skeletin disproporsional böyüməsi ilə xarakterizə olunur.
Akromeqaliya – boy hormonunun ( somatotrop hormon) istehsalının artması ilə əlaqədar inkişaf edir. Hər iki cinsdə, əsasən 20-40 yaş arasında təsadüf olunur. Bu zaman üz cizgiləri, əllər, ayaqlar böyüyür.
Səbəbləri:
Boy hormonu istehsal edən hipofiz hüceyrələri müəyyən səbəblərdən hipotalamusun “nəzarətindən çıxır” və miqdarı artır. Bunların atması hipofizdə xoşxassəli şişin – hipofiz adenomasının yaranmasına səbəb olur, bu şiş bir neçə santimetrə qədər böyüyə bilər.
Xəstəlik ən çox kəllə travmaları, hamiləliyin xoşagəlməz gedışatında, kəskin və xroniki infeksiyalarda ( qrip, qızılca), psixi travmalar, mərkəzi sinir sisteminin şişlərində rast gəlinir.
Əlamətləri:
Bir neçə etaplara ayırd edilir.
İlkin etaplarda nadir hallarda aşkar edilir.
Hipertrofik etapda  – xəstəlik klinik şəkildə təzahür olur.
Şiş etapda arterial təzyiqin artması qeyd olunur, göz və sinir pozğunluqları qeyd olunur.
Kaxektik etapda –kəskiin arıqlama gedir.
Xəstələr baş gicəllənmə, yorğunluq, görmənin pozulması, oynaqlar və beldə ağrılardan şikayətlənirlər. Yuxarı və aşağı ətrafların böyüməsi qeyd olunur. Qaşüstü qövslər, burun, dodaqlar, qulaqlar böyüyür. Alt çənə böyüyür, önə doğru çıxır. Dil böyüyür, ağıza sığmır, səs kobudlaşır. Dəridə, dəri büküşlərində yağlılıq, nəmlik yaranır.
İlkin stadiyalarda əzələlər güclü olur, sonra isə zəifləyir. Daha sonra ürək, ağ ciyər, böyrək çatmamazliqları inkişaf edir, arterial təzyiq yüksəlir. Bəzən görmə zəifləyir, korluğa səbəb ola bilər. Qadınlarda menstruasiya pozulur, süd vəzlərindən hamiləlik olmayanda belə süd ifraz olunur. Kişilərdə cinsi potensiya aşağı düsür.
Hipotalamusda şiş olduqda xəstələrda yuxululuq, yanğı hissiyatı, poliuriya, temperaturun yüksəlməsi, epilepsiya, eşitmənin zəifləməsi, gözlərdə ikiləşmə, görmənin zəifləməsi müşahidə olunur.
Siz nə edə bilərsiniz:
Dərhal həkim-endokrinoloqa müraciət edin
Həkim nə edə bilər
-hipofizdə şiş olduqda onu cərrahi müdaxilə ilə aradan götürmək lazımdır.
-dərmanlarla boy artımının qarşısını almaq lazımdır.
Proqnozu:
Vaxtında aparılan müalicə sağalmaya səbəb olur.

immunitet.az

loading...

Məsləhət Görürük

hormon-s

Somatotrop hormon və onun orqanizmdə rolu

Somatotrop hormon və onun orqanizmdə rolu Somatotrop  hormonadenohipofizin  lateral  hissəsində  yerləşən  eozinofil  hüceyrələrdə  sintez edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev