Qaynar Məqalələr

TONZİLLİT

ton

TONZİLLİT
Damaq badamcıqlarının iltihabı – tonzillit aşkar edilərsə onun hansı xəstəliyə aid olduğunu aydınlaşdırmaq lazımdır. Tonzillit sərbəst xəstəlik olan anginanın təzahürlərindən biridir. Anginada yalnız damaq badamcıqları və onlara yaxın limfa vəziləri iltihablaşır. Tonzillit isə bir sıra infeksion və qeyri-infeksion xəstəliklərə məxsus əlamətlərlə yanaşı badamcıqların da iltihaba uğramasıdır. Xroniki tonzillit angina kimi badamcıqların, limfa düyünlərinin iltihabı və xroniki intoksikasiya əlamətlərilə gedir.
Tonzillit zamanı xəstənin damağı diqqətli yoxlanılmalıdır. Çünki, tülaremiya, listerioz, difteriya, qrip, skarlatina zamanı da badamcıqlar böyümüş olur. Tonzillit zamanı xəstənin badamcıqlar böyümüş ətrafının selikli qişası qızarmış olur. Badamcıqların səthində selik, irin və fibroz iltihabi düyün görünür.
Angina tonzillitin kəskinləşmiş formasıdır. Angina zamanı xəstənin vəziyyəti daha ağırlaşmış olur. Xəstədə yüksək qızdırma, intoksikasiya əlamətləri, udama aktı zamanı boğazda ağrı özünü göstərir. Xəstəlik stafilokokklar səbəbli baş verir. Xəstənin badamcıqlrı ərplə örtülür və ərp qopduqda ağızdan pis qoxu gəlir.
MÜALİCƏSİ: Xəstəyə iltihab əleyhinə preparatlar təyin edilir. Stafilakokk əleyhinə antibiotiklər vurulur, gündə bir neçə dəfə qarqara etmək tövsiyə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

1454014350356

ŞOK qulaq çöpləri qəti olmaz

videoya baxmamışdan əvvəl bu videonu yaxınlarınıza da göndərin ki bu problemlə rastlaşmayasınız

Яндекс.Метрика

Designed by F.Aliyev