Qaynar Məqalələr

QIZDIRMA NƏDİR?

qizd

QIZDIRMA NƏDİR?
Qızdırma orqanizmin təbii rezistenliyini yüksəldən uyğunlaşma reyaksiyasıdır. Yəni, xəstəliyə cavab reyaksiyası olaraq orqanizm özü bədən tempraturunun normadan yuxarı qaldlrır və onu tənzim edir.
Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən, onun aktiv vəziyyətinin müddətindən və orqanizmin müdafiə mexanizmlərindən asılıdır. Əksər hallarda qızdırma xəstəliklər zamanı baş verir. Qızdırmanın aşağıdakı formaları vardır:
– kəskin qızdırma
– 15 günə qədər baş verən qızdırma
– subxroniki qızdırma
– xroniki qızdırma
Lakin tempraturun artması heç də həmişə xəstəliklərlə əlaqəli olmur. Məsələn, tempratur istivurma, hipertrioz, atropinlə zəhərlənmə zamanı da yüksələ bilir. Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də qızdırmanın qalxmasına səbə ola bilir. Fiziki aktivlik zamanı da, qızdırma bir az qalxıb enə- bilər. Sağlam adamın tempraturu saat 18.00-də ən yüksək və gecə saat 03.00- də isə ən aşağı olur. Çoxlu qida qəbulu, ağır və uzun sürən fiziki iş, mensturasiya da bədən tempraturunu qaldıra bilir.
Demək qızdırma ancaq infeksion xəstəliklər üçün xarakterik hesab edilmir. O qeyri-infeksion xəstəliklər zamanı da qalxır. Bunlar aşağıdakılardır:
– dağılan şişlər
– kəskin hemoliz
– birləşdirici toxumanın xəstəlikləri
Botulizm, vəba, tetanus kimi infeksion xəstəliklər əksər hallarda qızdırmasız keçir. Tempratur tez və kəskin surətdə qalxarsa bunun hansısa bir xəstəliyin əlaməti olması deməkdir. Kəskin qalxan qızdırma adətən qripdə, leptospirozda, malariyada müşahidə olunur.
Tempraturun yüksəldiyinə görə qızdırma subfebril -37-37,9 dərəcə, mötədil -38-39,9 dərəcə, yüksək -40-40,9 dərəcə və xeyli yüksək-hiperpireksiya – 41 dərəcə  olur.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev