Qaynar Məqalələr

MEZADENİT

mezad

MEZADENİT
Mezadenit müsariqə limfa vəzilərinin iltihabı limfadenopatiyanın bir təzahür formasıdır. İnfeksiya alimentar yolla, ya da nazik bağırsaqdan limfa vəzilərinə infeksiya düşdükdə baş verir.
Mezadenitin ən əsas əlaməti ağrıdır. Ağrı daimi xarakter daşıyır, bəzən azalır, hətta tutma şəklini alaraq kəskin cərrahi xəstəlikləri xatırladır. Ağrı qarının sağ aşağı nahiyyəsində olur, bəzən göbək nahiyəyə də yayılır. Əksər hallarda mezadenit xarakterik əlamətlərdən əvvəl, xəstəliyin 3-6-cı günləri meydana çıxır. Adətən bu xəstəliyi appendissitlə qaışıq salırlar. Lakin leykositlərin olmaması, EÇS-nin dəyişməməsi appendisit olmadığını təsdiqləyir. Xəstəliyin erkən dövründə tif-paratifləri və salmonellozu ancaq qanın əkilməsində təsdiq ya da inkar etmək olar. Sonralar mezadenitin xarakter əlamətlərinin meydana çıxması, digər möhtəviyyatların əkilməsi və seroloji reaksiyalar diaqnozu asanlaşdırır. Xəstəliyin bir neçə forması var:
– psevdovərəm
– bağırsaq yersiniozu
– tularemianm
-vərəm mezadeniti
– toksoplazmoz mezadeniti
Psevdovərəm formasında limfa vəziləri və appendikulyar çıxıntının liltihablaşması baş verir. Bağırsaq formasında appendikulyar, sepsis və qastroenterit əlamətləri təzahür edir. Tularemianm forması bağırsaq formasından daha uzun üddətli qızdırma, ümumi intoksikasiyailə yanaşı qarında tutmaşəkilli ağrılar olur. Vərəm mezadeniti xəstəliyin digər təzahürləri, bağırsaq vərəmi və peritonitlə birlikdə meydana çıxır. Toksoplazmoz mezadenit xəstəliyinin xroniki formasına tutulanların təxminən yarısında olur. O birincili-xroniki formanın əsas simptomudur və əsasən yeniyetmələrdə rast gəlinir. Xroniki toksoplazmozun kəskinləşməsi zamanı xəstəliyin əlamətləri təkrarlanır. Bu zaman xəstələrdə qarında ağrı, yüksək temperatur, miaıgiya, artralgiya olur. Məhz bu əlamətlər toksoplazmoz mezadeniti başqa formalarından fərqləndirir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev