Qaynar Məqalələr

Astiqmatizm

ast

Astiqmatizm
Astiqmatizm termini yunanca “stiqma” sözündən olub, nöqtə deməkdir. Bu xəstəlik zamanı əşyanın aydın şəkli alınmır.
Astiqmatizm – gözün optik sisteminin qüsurudur. Normada potik səth sferik formadadır, astiqmatizdə o, deformasiyaya uğrayır. Bu zaman işıq seli keçərək bir nöqtədə deyil, iki bir –birinə perpendikulyar xətlərdə kəsişir. Buna görə də normal təsvir əvəzinə deformasiyaya olunmuş, bulanıq təsvir alınır. Astiqmatizmi olan insan həm uzağı, həm də yaxını pis görür.
Səbəbləri:
Səbəbi  qeyri-düz əyrilik, ən çox buynuz qişa, büllur deformasiyaya üğradıqda baş verir.
Astiqmatizmin bir neçə növü var: uzaqgörmə – bu zaman yaxındakı əşyaları pis görür, əşyalar yaxında da öz formasını itirir. Bu zaman insan həm yaxını, həm də uzağı pis görür.
Astiqmatizmdə həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Uşaqlar anadangəlmə, irsən bu xəstəliyə düçar olurlar. Qazanılma astiqmatizm buynuz qişanın travmaları və ya operasiyalarından sonra olur.
Bəzi insanlar astiqmatizmi hiss etmir, əşyaları dağınıq, uzanmış səkildə görürlər. Tez-tez baş ağrıları, tez yorulma, gözlərdə ağırlıq hissi xəstəni oftalmoloqa müraciət etməyə sövq edir.
Oftalmoloq xəstəni müayinə edərək diaqnozu təsdiq edir.
Müalicəsi:
Müalicə 3 istiqamətdə – linzalar, eynəklər, cərrahi yolla aprılır.
Gözlərin xüsusiyyətlərini nəzərə alaraq eynək və linzalar fərdi olaraq seçilir.
Astiqmatizmdə görməni korreksiya etmək üçün silindrik linzalar tətbiq olunur. Zəruri olduqda uzaqdangörmə və yaxındangörməni korreksiya etmək üçün xüsusi linzalardan da istifadə etmək olar. Bunların heç biri müalicə etmir.
Eynəklər seçildikdən sonra mütəmadi həkimə müraciət etmək lazımdır.
Yalniz cərrahi əməliyyat yolu ilə astiqmatizmdən qurtulmaq olar (keratomiya, termokeratokoaqulyasiya).

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev