SƏPGİ NƏDİR?

sepgi

SƏPGİ NƏDİR?
Səpgi bəzi xəstəliklərin orqan dəyişikliklərindən biridir ki, bu da özünü dəridə biruzə verir. Səpgilər ən çox infeksion xəstəliklər zamanı, allergik reaksiyalarda, həşərat dişləməsi zamanı, kimyəvi maddələrin təsirindən baş verir. Bəzi infeksion xəstəliklər də dəridə səpgilərin əmələ gəlməsinə səbəb olur.
Qızılcada, skarlatinada, sulu çiçəkdə səpgilərin olması xəstəliyin əsas simptomlarındandır.
Dəridə olsn səpgilər növünə, yerinə,ə mələ gəlmə vaxtına, inkişaf mərhələsinə görə müxtəlif olur. Morfoloji xüsusiyyətlərinə və kliniki gedişinə görə hər növ səpgi bir xəstəliyin əlamətidir. Məsələn, infeksion xəstəliklər zamanı səpgilərdən sonra pozella, ləkə, eritema, hemorragiya, papula, düyüncük və s. baş verir. Dəri səpgilərinin xüsusiyyətlərinə görə aşağıdakı növləri var:
Rozella – solğun çəhrayı, qırmızı, bəzən tünd rəngdə, 1-5 mm ölçüdə olan səpgilərdir. Rozella girdə, kənarları hamar olur. Barmaqla, şüşə ilə basdıqda, dərini qaldırdıqda itir, təzyiq olmadıqda hündürə qalxır.
Ləkə – bir sıra xüsusiyyətlərinə görə rozellaya oxşayır, çəhrayı və ya qırmızı rəngdə olur. Ləkə kapillyarların genişlənməsindən əmələ gəlir. Ləkəyə təsir etdikdə itir, dəridən yuxarı qalxmır. Ölçüləri 5-20 mm olur, adətən qızılca, məxmərəyi üçün xarakterik olur.
Eritema – iri kəkəli səpgilərin birləşməsindən əmələ gəlir. Qırmızı və ya tünd qırmızı rəngdə olur. Eritema zamanı səpgilər arasındakı məsafədə dəri rəngini dəyişmir.
Hemorragiya – damar keçiriciliyinin artması və ya damarların zədələnməsindən eritrositlərin dərialtı piy toxumasına və ya dermanın birləşdirici toxumasına çıxması nəticəsində baş verir.
Papula – epidermisin proliferasiyası və dermanın məməcikli qatınınin infiltirasiyası, damarların genişlənməsi və məhdud ödemi nəticəsində meydana çıxır. Bu səpgilər qarın yatalağı və paratiflər üçün xarakterikdir.
Düyüncük – dermanın qranulematoz xarakterli iltihabi infiltirasiyadan əmələ gəlir. Dəridən hündürə qalxmır, lakin dərinin dərinliyinə gedir, infiltirat kimi əllənir. Düyüncüklər nekrozlaşıb yaraya çevilirlər, sonra isə çapıq əmələ gəlir.
Bunlardan başqa dəridə düyün, sulsqcuq, pustula və s. kimi səpgilər də olur ki, bunlar da dəri tamlığını pozur, özlərinə məxsus əlamətlərlə xəstəni narahat edir.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev