Qaynar Məqalələr

KAMPİLOBAKTERİOZ

kisi

KAMPİLOBAKTERİOZ.
Kampilobakterioz intoksiksiya, mədə-bağısaq pozğunluğu, artralgiya, bəzən sepsis əlamətləri, uşaqlarda bədənin susuzlaşması ilə müşayət olunan xəstəlikdir.
Xəstəliyin törədiciləri bəzi qida məhsullarının tərkibində olan qram mənfi çubuqvari mikroblardır.
ETİOLOGİYASI: Xəstəliyin mənbəyi təsərrüfat heyvanları, quşlar və heyvanı məhsullardır. Xəstəliyin meyvə-tərəvəz və su ilə də yoluxmsı mümkündür.
Kampilobakteriozla yoluxmanın xəstəliyə keçməsi orqanizmin rezisteliyindən asılıdır. Müqaviməti yaxşı olan adam ancaq bakteriagəzdirmə ilə qurtarır. Mikrob zəif adamın bağırsağına düşdükdə orada çoxalır. Bağırsağın selikli qişası hiperemiya, ödem, bəzən qansızma və nekroz ocaqlara uğrayır. Xəstəlik septik əlamətlər verir, daxili orqanlaqda və əzələlərdə çoxlu mikroabses əmələ gətirir.
KLİNİKASI: Xəstəliyin inkubasion dövrü 1-6 gündür. Kampilobakteriozun bir neçə forması var:
– mədə-bağırsaq
– yayılmış
– xroniki
– subkliniki
Xəstəliyin qastrointestinal forması ən çox yayılmış formasıdır. Qastrointestinal formada xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzı verir:
– qızdırma
– əzələ-oynaq ağrısı
– baş ağrısı
– ümumi zəiflik
– ürəkbulanma
– qusma
– diareya
Xəstəlik zamanı xəstələrdə tez-tez qusma və ishal baş verir. İshal ən az gündə 10 dəfə olur. Xəstədə qızdırma ilə halsızlıq da baş verir ki, bu da xəstənin getdikcə arıqlamasına və bəzən də meningitin əmələgəlməsinə səbəb olur.
DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaq üçün anamnezə diqqətlə qulaq asmaq kifayğt edir. Amma qanın, nəcisin seroloji müayinəsi diaqnoz tam dəqiqləşdirir.
MÜAIİCƏSİ: Kampilobakteriozun müalicəsi seroloji müayinə zamanı tapılan mikroba qarşı müalicədən, vitaminoterapiyadan ibarətdir. Mualicə kurslarla aparılır, mikrobun izi analizlərdən itənə kimi müalicə davam etdirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev