Qaynar Məqalələr

Dirsək oynağının çıxıqları

dirs

Dirsək oynağının çıxıqları
Bu çıxıqlar yuxarı ətraflarda ən çox rast gəlinən travmalarından biridir. Dirsək oynağı çox mürəkkəb quruluşa malikdir. Onun əmələ gəlməsində 3 sümük: mil, dirsək (said) və bazu sümükləri iştirak edirlər. Travma nəticəində mil və dirsək sümüyü və ya ancaq mil sümüyü çıxa bilər.
Dirsək oynağının travmasının növündən və yerdəyişmə istiqamətindən asılı olaraq aşağıdakı çıxıqlar ayırd edilir:
-Arxa çıxıqlar – dirsəkönü sümüklərin arxaya yerdəyişməsi nəticəsində və əl açıq vəziyyətdə yıxıldıqda baş verir.
-Ön çıxıqlar – dirsəkönü sümüklıri önə doğru yerdəyişməsi ilə xarakterizə olunur. Bu çıxıq dirsək üstə yıxıldıqda baş verir ki, əl bükülmüş vəziyyətdə olur.
-Yan çıxıqlar – bu zman sümüklər yana doğru yerlərini dəyişir. Nadir hallarda əl yana açılmış vəziyyətdə olduqda yıxıldıqda olur.
-Mil sümüyünün çıxıqları əsasən uşaqlarda olur, daxilə çevrildikdə və aşağı uzadıldıqda baş verir. Eləcə qarışıq olaraq həm çıxıq, həm də sınıq ola bilər.
Əlamətləri:
Disək oynağında çıxıq, onun deformasiyası, güclü ağrı ilə müşayiət olunur. Oynaq nahiyəsində şişkinlik, dərialtina qansızmalar olur. Zərərçəkən əlini açıb bükə bilmir. Bəzən damarlar və sinirlər də sıxıla bilir. Bu nahiyədə dəri solğunlaşır, göyümtül olur, keyləşır, iynə sancma, “qarışqa yerişi” hissi meydana çıxır. Belə şəxs biləyini, barmaqlarını aça bilmir, cəhd etdikdə güclü ağrı olur.
Siz nə edə bilərsiniz:
Bu zaman mütləq “təcili yardım” çağirmaq lazımdır. Həkim gələnə qədər qola taxta parçası qoyub, yaylıqla bağlamaq lazımdır. “Təcili yardım “ həkimləri müvəqqəti şina qoyurlar. Xəstəyə ağrıkəsicilər verilir, disək oynağı nahiyəsinə soyuq qoyulur. Özbaşına çıxığı yerinə salmaq olmaz, fəsadlara səbəb ola bilər.
Həkim nə edə bilər:
Travmatoloji şöbədə yerli keyitmə altında çıxıq yerinə salınır, oynaq nahiyəsinə anestetiklər vurulur. Çıxıq yerinə salındıqdan sonra gips sarğı qoyulur, 2-3 həftə saxlanılır. Mutləq rentgenoqrafiya olunmalıdır ki, sınıq inkar edilsin. Belə şəxsin iş qabiliyyəti 4-6 həftədən sonra bərpa olunur. Gips çıxarıldıqdan sonra fizioterapiya, massaj, müalicəvi bədən tərbiyəsi tətbiq olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev