Qaynar Məqalələr

AĞCİYƏR XƏRÇƏNGİ

agc

AĞCİYƏR XƏRÇƏNGİ
Ağciyər xərçəngi xoşxassəli və bədxassəli olur. Adətən xoşxassəli şişlər ağciyər toxumalarını dağıtmır, infiltiratlaşdırmır, metstazlar vermir. Ağciyərin bədxassəli şişləri isə ətraf toxumaları dağıdır, metastazlar verir.
Ağciyərin xərçəngi bütün ağciyər törəmələrinin 90%-dən çoxunu təşkil edir. Bu xəstəlik 45-70 yaşlarında kişilərdə bütün şiş xəstəliklərinin 35%-ni, qadınlarda isə 30%-ni tutur. Son illər qadınlar arasında ağciyərin birincili xərçənginin tezliyinin artması qeyd olunur.
Ağciyər xərçənginin tipinə görə aşağıdakı növləri var:
– adenokarsinoma
-kiçik hüceyrəli xərçəng
-irihüceyrəli xərçəng
-yastı hüceyrəli xərçəng
Xəstəliyin lokalizasyasına, inkişaf istiqamətinə görə, xəstəliyin mərhələlərinə görə də, müxtəlif formaları vardır.
Xəstəlik birinci mərhələdə məhdud şiş və metastazın olmaması ilə xarakterizə olunur. İkinci mərhələ şiş və limfa düyünlərində tək-tək metastazın olması, üçüncü mərhələdə döş qəfəsinə və plevraya yayılmış metastazla xarakterizə olunur. Ağ ciyər xərçənginin ən ağır forması dördüncü mərhələsidir.
Etiologiyası: Kişilərdə ağciyər xərçənginin baş verməsini papiros tüstüsünün kansorogen tərkibi ilə bağldır. Ağciyər xərçənginin əmələgəlmə səbəbi kimi sənaye zəhərlənmələri də istisna olunmur.
Ağciyər xərçəngi zamanı xəstələr öskürək və qanhayxırmadan şikayət edirlər. Xəstələrdə təngnəfəslik, döş qəfəsində ağrı və nevroloji əlamətlər baş verir. Xəstəliyin erkən mərhələsində kliniki əlamətlər aşkar edilmir. A
mma şiş böyüdükcə lokalizasiyasından asılı olarak kliniki əlamətlər də artmağa başlayır.
DİAQNOZU: Xəstəliyin diaqnozu rentgen, kompyuter tomoqrafiya, MRT-nin nəticələrinə əsasən qoyulur. Biopsiya ilə müayinəsi də xəstəliyin müayinəsində mühüm rol oynayır.
MÜALİCƏSİ: Ağciyər xəstəliyinin müalicəsi onkoloqlar tərəfindən aparılır. Xəstəliyə nə qədər erkən diaqnoz qoyulub müalicə olunarsa, bir o qədər yaxşıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

canser

Xərçəngin əmələ gəlmə səbəbləri

Xərçəngin əmələ gəlmə səbəbləri Şiş xəstəliklərinin əmələ gəlməsində bioloji, fiziki və kimyəvi amillərin rolu vardır. …

Яндекс.Метрика

Designed by F.Aliyev