Qaynar Məqalələr

SALPİNQOOFORİT

1234

SALPİNQOOFORİT.
Salpinqoofrit uşaqlıq artımlarının iltihabıdır. Kiçik çanaq üzvlərində tez-tez rast gəlinən iltihabi xəstəlikdir. İnfeksiya uşaqlıq yolundan, boşluğundan, qalxan və enən yol ilə, bəzən də hematogen yolla uşaqlıq artımına keçir.
Uşaqlıq boşluğundan infeksiya uşaqlığın borusuna keçir, onun bütün qatları iltihabi prosesə cəlb olunur (salpinqit), eyni zamanda yumurtalıq (ooforit) və borular (salpinqooforit) infeksiyalaşır. İltihabi eksudat uşaqlıq borusunun mənfəzində toplanaraq, onun fimbrial hissəsinin yapışmasına, mənfəzinin daralmasına səbəb olur və nəticədə boru kisəciyəbənzər törəməyə çevrilir (saktosalpinge).
Xəstəlik ikitərəfli və birtərəfli olur. Mikroorqaizmlər güclü patologiyaya malik olduqda orqanizmin müqaviməti aşağı düşür, uşaqlıq borusunun mənfəzinə irin toplanır. Mikroorqanizmlər yumurtalığın toxumasına daxil olaraq irinli boşluqlqr yaradır ki, bu da uşaqlıq borusun yumurtalığa birləşən hissəsində şiş əmələ gətirir. İıtihabi proses uşaqlıq borusundan və yumurtalıqdan kiçik çanağın peritonuna da yayıla bilər ki, bu xəstənin vəziyyətini daha da ağırlaşdırar.
KLİNİKASI: Xəstənin şikayətləri qarının aşağısında olan ağrılardan, hərarətin yüksək olmasından, üşütmədən, ürəkbulanmadan, qusmadan ibarət olur. Xəstənin dili nəm, ərpli olur, palpasiyada qarının aşağı hissəsi ağrılı olur.
DİAQNOZ: Xəstəliyin diaqnozu anamnezə, xəstəliyin kliniki əlamətlərinə obyektiv müayinələrə əsaslanaraq qoyulur. Laborator müayinələr, USM də xəstəliyə diaqnozun qoyulmasında mühüm rol oynayır.
MÜALİCƏ: Salpiqooforitin müalicəsi stasionar şəraitdə aparılmalıdır. Xəstəyə ciddi yataq rejimi, yüngül həzmə gedən yeməklər, bol maye qəbull etmək tapşırılır. Bağırsaqların və sidik kisəsinin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Xəstəyə geniş spektrli antibiotiklər, göbələkəleyhinə müalicə təyin edilir, dezintoksikasion müalicə aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev