UŞAQLIĞIN MİOMASI

usaql

UŞAQLIĞIN MİOMASI
Uşaqlığın mioması hormondan asılı olan, uşaqlığın əzələ qişasından – miometriumdan və birləşdirici toxuma elementlərindən inkişaf edən xoşxassəli şişidir. Ginekolji xəstəliklər arasında uşaqlığın mioması xəstəliklər sırasında ikinci yerdə durur. Profilaktik müayinə zamanı qadınların 3%-ində uşaqlığın mioması aşkar edilir.
Mioma strukturuna görə aşağıdakı növlərə ayırd edilir:
– mioma
– fibromioma
– angiomioma
– adenomioma
Lokalizasiyasından və miomaroz düyünlərin ölçüsündən asılı olaraq miomanın bir neçə forması olur:
– submukoz
– subseroz
– intersistal
Xəstəliyin əlamətləri miomanın ölçüsündən, lokalizasiyasından, verdiyi ikincili fəsadların dərəcəsindən, xəstəliyin davametmə müddətindən asılıdır.
Xəstəliyin əsas əlaməıtləri aybaşı funksiyasını pozulması, qanaxma və qanaxma səbəli əmələ gələn anemiyadır. Xəstəliyin əlamətləri kəskinlıəşdikcə qanazlığı artır, xəstənin əmək qabiliyyəti aşağı düşür.
Uşaqlıq qanaxması ilə bərabər qarının aşağı hissəsində ağrı, tempraturun yüksəlməsi, sidik kisəsinin qıcıqlanması da baş verir.
DİAQNOZ: Xəstəliyə diaqnoz qoymaq üçün ginekoloji baxış kifayət edir. Amma USM-in nəticələri diaqnozun qoyulmasında daha mühüm rol oynayır.
MÜALİCƏSİ: Miomanın müalicəsi iki üsulla – konservatriv və cərrahi yolla aparılır. Adətən 81% xəstələrdə uşaqlığın mioması cərrahi müalicə metodu ilə tamamlalır.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev