TOPUQ SINIQLARI

topuq

TOPUQ SINIQLARI.
Topuq sınıqları orqanizmdə baş verən sınıqların təxminən 60%-ni tutur.
Topuqlar bədənin yükünü daşımaqda mühüm rol oynadığı kimi, hündürdən düşən zaman ən çox zədələnməyə məruz qalan bir sümükdür. Topuq sınıqlarına hündürdən yıxılan zaman, avtomobil qəzalarında, odlu silah yaralanmalarında, idman məşqləri zamanı rast gəlmək olur. Bundan başqa topuq sınığına uzun məsafəyə qaçış zamanı ani manevr etdikdə də rast gəlmək olur.
ƏLAMƏTLƏRİ: Topuqda sınıq olanda xəstələr şiddətli ağrıdan, topuğun şişməsindən, göyərməsindən şikayət edirlər. Topuğun açıq sınığında isə bu əlamətlərlə birlikdə qanaxma və yara hissiyatı olur. Topuqlarda sınıqlar adətən hündürlükdə düşən zaman baş verir. Xəstəliyə diaqnoz qoymaq üçün rentgen və KT müayinəsi kifayət edir.
Xəstəliyin müalicəsi ortopedlər və ya travmatoloqlar tərəfindən aparılır. Xəstənin topuğuna gips qoyulur, müalicə başa çatana qədər xəstə ayağa güc salmamaq tövsiyə edilir. 2 ay müddətidə sınıq topuğun sağalıb əvvəlki hala gəlməsi mümkündür.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev