Qaynar Məqalələr

Astmatik status

asmatik

Astmatik status.
Astmatik status – bronxial astmanın ağır tutmasıdır, adi bronxolitiklərlə aradan götürülmür. Astmatik status getdikcə proqressivləşən ağ ciyərlərin ventilyasiyası və qazlar mübadiləsinin pozulması ilə gedən, həyat üçün təhlükəli bronxların obstruksiyası ilə müşayiət olunur. Bu vəziyyət 1-3% hallarda ölümə səbəb ola bilər, buna görə də təxirəsalımaz yardım tələb edir.
Səbəbləri:
Astmatik status bronxial astmanın qeyri-adekvat müalicəsi nəticəsi olaraq meydana çıxır. Bronxolitiklərin nəzarıtsiz qəbulu, glükokortikoidlərin qəflətən kəsilməsi astmatik statusa gətirib çıxara bilər. Həmçinin allergenlərlə kontakt, tənəffüs yollarının virus xəstəlikləri, havanın rütubətli olması, temperaturun dəyişməsi, emisional gərginlik astmatik statusa səbəb ola bilər.
Simptomları:
Xəstə oyanıq olur, məcburi vəziyyət alır. Nitq və tənəffüs çətinləşir, tutmaşəkilli öskürək qeyd olunur, ürəkdöyünmələrin, tənəffüs hərəkətlərinin sayı artır, arterial təzyiq qalxır. Qanda oksigenin azlması nəticəsində dəri solğunlaşır, sonra isə göyümtül rəng alır. Belə xəstələrə yardım göstərmədikdə huş alatoranlaşır və ya itir.
Diaqnostika:
Təcili yardım briqadası gəldikdə xəstənin vəziyyətini qiymətləndirir, dərhal yardım göstərir. İlk yardımdan sonra xəstə stasionara yerləşdirilir. Diaqnostik olaraq stasionarda xəstənin qanını ümumı, biokimyəvi analiz edirlər, dös qəfəsinin rentgeni və digər müayinələr aparılır.
Siz nə edə bilərsiniz:
Əgər bu əlamət varsa mütləq təcili yardım çağırın.
Həkim nə edə bilər:
Həkim oksigenoterapiya, infuzion terapiya, allergiya əleyhinə dərmanlar, bronxgenəldən preparatlar təyin edir. Zəruri olarsa ağ ciyərlərin süni ventilyasiyası tətbiq edilir.
Profilaktika:
Belə xəstələr müntəzəm olaraq həkimn nəzarəti altında olmalıdır ki, bu vəziyyət təkrarlanmasın. Həkim xəstənin vəziyyətini qiymətləndirərək müvafiq dərman maddələri təyin edir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev