Qaynar Məqalələr

DƏRMAN ALLERGİYALARI

derman

DƏRMAN ALLERGİYALARI.
Dərman preparatlarına qarşı allergik xəstəliklər allergiyaların 10%-nı təşkil edir. Praktiki olaraq bütün dərmanların əks təsiri vardır. Bu təsirlər bəzən çox ciddi və toksik fəsadlara səbəb ola bilir. Dərman allergiyasının differensial diaqnostikasında və patogenezinin öyrənilməsində, patoloji proseslərin immunoloji mexanizmlərini öyrənmək üçün xüsusu laborator analizlər aparılır. Əsas dərman mənşəli allegenləraşağıdakılardır:
— antibiotiklər
–salisilatlar
–zulalrpeparatları
Dərman allergiası patoloji immun reyaksiyaların bütün tipləri üzrə ikişaf edə bilər. Allergiya aşağıdakı proseslərdən sonra yaranır:
–müəyyən bir dərman preparatının tez-tez qəbulu
–ailə və şəxsi anamnezdə həmin dərmana qarşı allergiyanın olması
–opqanizmə həmin dərmanın minimal dozada az-az qəbul edilməsi
Penisillin, sefalosporin, vərəm çöplərinə qarşı olan preparatlar, insulin, əzələ relaksantları və sairə dərman preparatları allergiyaya daha çox meyilli dərmanlrdır. Allergiya verən dərmanlar peroral, parenteral, dəri və ya selikli qişalar vasitəsilə orqanizmə daxil olub zərdab zülalları və hüceyrə səthi ilə birləşib allergiya törədir. Son illər ərzində insanların immunitetinin kəskin surətdə azalması, bədən həssasləğının artması o qədər artıb ki, istənilən kimyəvi dərman preparatına qarşı insanlarda allergik reyaksiya baş verir.
Bu zaman nə baş verir?
Dərman maddəsi xəstənin qanına daxil olarkən onun kompliment sistemini aktivləşdirir və membran zədələyici kompleks yaradır. Bu kompleks anafilatoksinlərin hüceyrələrinin deqranulyasiyasına səbəb olur. İrsi patoloji gen daşıyan xəstələrdə dərmana qarşı sensibilizasiya dövründə çoxlu anticimlər yaranır. Əgər dərman yenidən orqanizmə daxil edilərsə həmin şəxsdə kəskin hemolitik anemiya əlamətləri baş verir, tədricən əlamətlər kəskinləşir, allergiyalı adamda aşağıdakı əlamətlər meydana çıxır:
–titrətmə
–qızdırma
–intoklsikasiya
–ümumi zəiflik
–artralgiya
–dəri səpgiləri
Xəstəyə allergiya əlamətləri verən dərmanın qəbulu dayandırılmazsa, anafilaktik şok baş verir.
MÜALİCƏSİ: Adətən müalicə allergik reyaksiyanın tipi müəyyən edildikdən sonra təyin olunur. Xəstəyə qanəvəzedici preparatlar, antimikrob və qlükokortikoidlr vurulur. Hər dərmanın səciyyəvi xüsusuyyətinə və zədələdiyi orqanda baş verən patologiyalara qarşı müalicə tədbirləri aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev