Qaynar Məqalələr

BAZU KƏLƏFİNİN ZƏDƏLƏNMƏSİ

bazu

BAZU KƏLƏFİNİN ZƏDƏLƏNMƏSİ.
Bazu kələfifinin zədələnmələri bazu sümüyünün başının çıxması zamanı, bıçaq yarsı zamanı, əllərin uzun müddət başın altına qoyulu vəziyyətdə yatmalar zamanı baş verir.
KLİNİKASI: Bazu kələfinin tam zədələnməsi zamanı əllərin periferik iflici və anesteziyası baş verir. Yerləşdiyi məsafəyə görə bazu kələfinin 2 cür zədələnməsi olur.
1. Kələfin yuxarı hissəsinin zədələnməsi əllərin paroksizmal iflicinə və atrofiyasına səbəb olur. Bunun nəticəsində yuxarı ətrafın bazu oynağından kənarda açılması və dirsək oynağında bükülməsi mümkün olmur. Barmaqların və əllərin hərəkəti saxlanılır. Xəstələr ağrıdan və bazunun, eləcə də saidin bayır kənarında olunan paresteziyalardan şikayətlənirlər. Həmin hissələrdə hissiyyatın pozulması da qeyd olunur.
2. Kələfin aşağı kötüyünün zədələnməsində əllərin iflici, sonra isə əllərin və barmaqların xırda əzələlərinin atrofiyası inkişaf edir. Bazunun və saidin hərəkətliliyi tam saxlanılır, xəstə əllərini tərpədə bilmir. Əllərdə və barmaqlarda , həmçinin saidin daxili səthində paresteziya qeyd olunur.
DİAQNOZU: xəstəliyin əlamətlərinə, xəstənin şikayətlərinə əsasən qoyulur.
MÜALİCƏSİ: B qrup vitaminlərdən, antixolinesterazlardan ibarətdir. Xəstəyə fizioterapevtik müalicə, massaj müalicə idmanı məsləhət görülür. 1-2 ay ərzində müalicənin köməyi olmasa cərrahi müdaxilə aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

bas

Gərginlik səbəbli baş ağrıları

Gərginlik səbəbli baş ağrıları. Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi səbəbindən baş …

Яндекс.Метрика

Designed by F.Aliyev