Qaynar Məqalələr

ARI ZƏHƏRİ

ari

ARI ZƏHƏRİ
Arı zəhəri xüsusi iyə sahib olan, rəngsiz, özünəməxəsus dadı olan bir maddədir. Havada bərkiyir, suda həll ola bilir, uzun müddət saxladıqda tərkibini dəyişmir. Arı zəhəri soyuğa, istiyə davamlıdır və öz keyfiyyətini itirmir, tərkibində bioloji axtiv maddələr (histamin, dofamin, noradrenalin, asetilxolin) çoxdur.
Arı zəhərinin aşağıdakı faydalı xüsusiyyətləri var:
– immuniteti artırır, bədən müqavimətini qaldırır
– antiseptic, bakteriasid və iltihabəleyhinə təsir göstərir
– güclü ağrıkəsici xüsusiyyətə malikdir (novokaindən 50 dəfə güclü)
– qan dövranını yaxşılaşdırır, eritrositlərin yenilənməsini sürətləndirir
– əzələləri möhkəmləndirir
– yuxunu normaya salır,əhval ruhiyyəni qaldırır
Arı zəhərinin aşağıdakı xəstəliklərin müalicəsində faydası böyükdür:
1. Sinir sistemi xəstəliklərində – nevritlərdə, ifliclərdə, parezlər zamanı faydası böyükdür.
2. Kardiologiyada ürək əzələsinin möhkəmlənməsində, ürək ritminin pozğunluqları zamanı istifadə olunur.
3. Ağ ciyər xəstəliklərinin müalicəsində, bronxların soyuqlaması zamanı, bronxial astma xəstəliyində müalicəvi təsiri var.
4. Revmatik xəstəliklərə ən faydalı dərmandır.
5. Dəri xəstəlikləri zamanı psoriazın, trofik yaraların sağalmasında xeyri böyükdür.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev