Qaynar Məqalələr

Laym xəstəliyi

laym

Laym xəstəliyi
Laym xəstəliyi-(gənə borreliozu)-spiroxella Borrelia tərəfindən törədilən və gənələr vasitəsilə yayılan infeksion xəstəlikdir. Xroniki, residiv gedişə malikdir. Əsasən dəri, sinir sistemi, dayaq-hərəkət sistemi, ürəyin zədələnməsi ilə xarakterizə olunur.
Bu xəstəlik ilk dəfə 1975-ci ildə ABŞ-ın Laym adlanan yerində aşkar olunmuşdur.
Yoluxma, yoluxmuş gənə insanı dişlədikdə baş verir. Onun törədiciləri gənənin tüpürcəyi ilə dəriyə daxil olur, bir neçə günə çoxalır, sonra dərinin digər nahiyələrinə, daxili orqanlara yayılır. Törədicilər uzun müddət insan orqanizmində qala bilir, buna görə də xəstəlik xroniki xarakter daşıyır. Xəstəliyin xroniki forması xəstəlikdən bir neçə il sonra baş verir.
Laym xəstəliyi spesifik analizlər və simptomlara əsasən qoyulur.
Simotomları:
Gənə dişlədiyi yerdə dəri qızarır, qırmızı ləkə əmələ gəlir. Qırmızı ləkə tədricən böyüyərək diametri 1-10 sm-dən 60 sm-ə qədər böyüyür. Ləkənin forması dairəvi və ya oval olur. Ləkənin xarici kənarı tünd qırmızı olur, dəridən yuxarı qabarır. Ləkənin mərkəzi getdicə solğunlaşır və ya göyümtül olur. Gənənin dişlədiyi yerin mərkəzində qartmaq olur, sonra çapıq əmələ gəlir. Müalicə olunmadıqda ləkə 2-3 həftə qalır, sonra itir.
1-1,5 aydan sonra sinir sistemi, ürək və ya oynaqlar zədələnir. Qripəbənzər simptomlar- baş ağrısı, zəiflik, qızdırma, boğazda ağrı, əzələ ağrıları qeyd olunur. Oynaqlar qaynar, şişkin və ağrılı olur.
Nevroloji simptomlar-ifliclər ( daha çox üzdə), dəri həssaslığının pozulması, yuxusuzluq, eşitmənin itməsi qeyd olunur.
Ürək tərəfdən-aritmiya, ürək döyünmələrinin artması, bradikardiya, döş qəfəsində ağrılar, başgicəllənmə qeyd olunur.
Psixi dəyişiliklər – demensiya, depressiya ola bilər.
Ağırlaşmaları:
İlkin mərhələdə ürək, oynaqlar, sinir sistemi tərəfindən ağırlaşmalar ola bilər.
Siz nə edə bilərsiniz:
Ağır zəiflik yarananda istirahət edin. Aspirin və parasetamol qəbul etmək olar.
Həkim nə edə bilər:
Xəstəliyin müalicəsində antibiotiklər – tetrasiklinlər, penisillinlər istifadə olunur. Ağır hallarda antibiotiklər venadaxili qəbul edilir.
Oynağı bərpa etmək üçün cərrahi müdaxilə tələb olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

magnesium2

Möcüzəli maqnezium

Möcüzəli maqnezium Orqanizmdə olan maqneziumun 2/3-si sümüklərdə, yerdə qalanı isə yumuşaq toxumalarda olur. Orqanizmimizdə olan …

Яндекс.Метрика

Designed by F.Aliyev