Yastıpəncəlik

yastip

Yastıpəncəlik.
Umumi məlumat
Pəncə öz üzərində bədənin çəkisini daşıyır. Bu yükü daşımaq üçün pəncənin bütün hissələri – sümükləri, əzələləri və vətərləri normal vəziyyətdə düzgün, qarşılıqlı, müştərək vəziyyətdə olur.
Pəncənin iç hissəsində əyrilik var, boylama və köndələn əyriliklər qeyd olunur. Normada onların müəyyən hündürlükləri olur. Pəncə dayaq və ressor funksiyasını – yeriş, qaçış, hündürlüyə tullanma hərəkətlərini yumşaltmağı həyata keçirir.
Yastıpəncəlikdə pəncə əyriliyinin aşağı düşməsi pəncə deformasiyasının ən çox yayılan növüdür.
Səbəbləri:
Bir neçə səbəbləri ayırd edilir:
-anadangəlmə yastıpəncəlik, anadan gəlmə inkişaf qüsurları ilə izah olunur
-Raxitik yastıpəncəlik – vitamin D –nin çatmamazlığı nəticəsində əzələlərin zəif, sümüklırin yumşaq olması
-Paralitik yastıpəncəlik – bu zaman baldır və pəncə əzələlərinin qismən və ya tam iflici nəticəsində baş verir, keçirilmiş poliomielit, insultdan sonra pəncədə deformasiya olur.
-Travmatik yastıpəncəlik – ayaq darağı və daraqönü, daban, topuq sümüklərinin sınıqları nəticəsində baş verir, nəticədə pəncənin deformasiyası baş verir.
-Statik yastıpəncəlik – ən cox rast gəlinir. Pəncə bağları və əzələlərinin zəifliyidir. Buna səbəb aşağıdakı faktorlardır:
-bədənin artıq çəkisi, piylənmə
-narahat, dar ayaqqabı, hündür dikdaban ayaqqabı, dar corablar
-yaş həddi – kiçik yaşlı uşaqlarda əzələ və bağlar zəif inkişaf edir, qocalarda isə distrofik pozğunluqlar olur.
Əlamətləri:
Əlamətləri 3 mərhələdə gedir:
1-ci stadiyada – intensiv işlərdən sonra pəncələrdə ağrılar olur
2-ci stadiyada ağrı daha tez olur, axşamlar pəncə və baldırlar yorulur, ağrımağa başlayır, axşam pəncə şişir, səhər çəkilir
3-cü stadiyada kiçik yeriş belə ağrı və yorğunluğa səbəb olur. Axşam ayaqlar o qədər ağryır ki, yerimək mümkün olmur, pəncə və baldırlar şişir.
4-cü stadiyada kontrakturalar yaranır. Pəncənin deformasiyasında sinirlər zədələnir, nəticədə baldır əzələləri çox gərgin olur, yerimək mümkün olmur.
Ağırlaşmaları:
Yeriş pozulur, iş qabiliyyəti aşağı düşür, çanaq əyilir, onurğa deformasiyaya uğrayır, osteoxondroz inkişaf edir.
Siz nə edə bilərsiniz:
Uşaq yaslarında vaxtında həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
İlkin stadiyalarda isti vannalar, massaj, müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Xüsusi ortopedik ayaqqabılardan istifadə olunur.
4-cü stadiyalarda cərrahi müalicə göstərişdir.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev