TROMBƏLEYHİNƏ TƏBİİ DƏRMAN VASİTƏLƏRİ

TROMB

TROMBƏLEYHİNƏ TƏBİİ DƏRMAN VASİTƏLƏRİ.
Damarlarda qanın laxtalanma qabiliyyətinin artması bəzi daxili orqanlarda oksigen azlığına səbəb olur. Qanın laxtalanma qabiliyyətinin artması qan damarlarında trombun meydana gəlməsinə və qan dövranı zamanı qanın sirkulyasiyasının pozulmasına səbəb olur. Bəs bunun baş verməməsi üçün nə etmək lazımdır?
Sizə qanda trombun əmələ gəlməməsi üçün bir neçə məsləhət vermək istəyirəm.Verdiyim məsləhətlərin hamısı xaıq təbabətinə əsaslanır.
1. Bol su için! Əhalinin 90%-i yetərincə su içmir. Su dedikdə istənilən maye nəzərdə tutulmur, təbiətin bizlərə bəxş etdiyi adi suyu içmək lazımdır. Orta yaşlı adam hər gün 2-2,5 litir su içməlidir. İsti havalarda bu miqdar bir az da artırılmalıdır. Uşaqlarınızı da su içməyə öyrədin. Təbii su tromblara qarşı ən yaxşı dərman vasitəsidir.
2. Qanı duruldan təbii dərman vasitələri aşağıdakılardır.
– zeytun və kətan yağı
– alma sirkəsi
– sarımsaq və ya soğan
– limon
– günəbaxan tumu
– çuğundur
– kakao və şokolad
– balıq və balıq yağı
– moruq, böyrütkən, çiyələk, albalı, qırmızı gilas
– zəncəfil
Hər gün bu məhsullardan 2-3-dən az miqdar da olsa qəbulu damarda tromb riskini azaldır.
3. Qanı qatılaşdıran qidalar:
– ət bulyonu
– kolbasa
– hisə verilmiş qidalar
– ağ çörək
– qaymaq
– mərci
– itburnu
– qara giləmeyvə
– manqo və banan
– dəvədabanı, pişikotu, qarğıdalı saçağı, aloe
Bu bitkilərin dəmləməsini daimi yox, müəyyən müddətlik içmək lazımdır.
Qanın tərkibini ən çox dəyişdirənlər:
– siqaret çəkmək
– spirtli içki qəbulu
– normadan çox duz qəbulu
– sidikqovucular
– hormonal və hamiləlik əleyhinə dərmanlar və viaqra
5. Piyada təmiz havada çox gəzmək, idmanla məşğul olmaq sağlamlığa xeyirdir.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev