Qaynar Məqalələr

ZƏRƏRLİ NARKOTİKLƏR – EKSTAZİ

ekstazi

ZƏRƏRLİ NARKOTİKLƏR – EKSTAZİ.
Ekstazi – təhlükəli və bahalı narkotikdir. Bu narkotik maddə cəmiyyətdə çox yayılmışdır. Ekstazi tablet şəklində olur və qəbulu zamanı ölüm riski həddindən çox yüksək olan narkotiklərdəndir. Normadan arıq qəbulu beyində geridönməz patologiyalara səbəb olur.
Bu dərman maddəsi ilk dəfə 1912-ci ildə “Merk” kompaniyası tərəfindən yaradılmışdır. 1970-ci illərin ən dəbdə olan narkotiki hesab olunurdu. İndi təmiz ekstazi tapmaq mümkün deyil. Hazırda istifadə olunan ekstazi tabletləri bir neçə süni narkotiklərin müəyyən dozada qarışımından ibarətdir. Ona görə də bunu qəbul edən şəxs hər dəfə əvvəlkindən daha artıq dozada qəbul edir . Çünki bədən qarışıma öyrəşdikcə əvvəlki nəticə onu qane etmir və daha çox qarışım tələb edir.
Ekstazi qəbulundan sonra orqanizmdə aşağıdakı dəyişikliklər baş verir:
-ətraf mühitə qaynayıb qarışmaq asanlaşır
– psixoloji və məişət problemləri yaddan çıxır
– hissiyat azalır
– sevgiyə meyl artır
– ətrafdakı hə şey adama xoş gəlir
– harmoniya hissi
– ətrafdakı hər şeyə yeni gözlə baxma
Narkotiklərin orqanizmə aşağıdakı mənfi təsirləri var:
– ürək döyüntülərinin artması
– təngnəfəslik
– vaxtsız yaşlanma
– bədən tempraturunun artması
– diqqətin pozulması
Ekstazanın qəbulu isə xəstələrdə depressiya, qorxulu qarabasmalar, parahoyaklaşma, yaddaşın itməsi, idrakın itməsi, qara ciyərin böyüməsi, sarılıq, böyrək funksiyasının pozulması, psixoloji asılılıq, infarkt, insult, anemiya, cinsi həvəsin ölməsi kimi patoloji dəyişikliklər əmələ gətirir.

immunitet.az

loading...

Məsləhət Görürük

caverme

Aqoniya nədir

Aqoniya nədir? Canvermənin əlamətləri Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. …

Яндекс.Метрика

Designed by F.Aliyev