Trixomoniaz

qiz

Trixomoniaz

Trixomoniaz – sidik cinsiyyət sisteminin ən geniş yayılmış, cinsi yolla keçən infeksiyalarından biri olub, spesifik iltihabi xəstəliyidir.
Trixomoniazın törədicisi uşaqlıq yolu trixomonadasıdır.
Klinika:
Xəstəliyin inkubasion dovrü 5 gündən 1-4 həftəyə qədər davam edir. Davametmə müddətində görə aşağıdakı növləri ayırd edilir:
-təzə
-kəskin
-torpid (az simptomlu)
-xroniki (torpid gedişli xəstəliyin 2aydan çox davam etməsi)
-trixomonaddaşıyıcılıq (trixomonadların aşkar olunduğu şəraitdə obyektiv və subyektiv əlamətlər olmur)

Diaqnostikası:
Trixomoniazın diaqnostikası xəstəliyin kliniki təzahürlərinə və trixomonadın müəyyən edilməsinə əsaslanır.
Müalicə:
Trixomoniazli xəstələrin müalicəsi cinsi partnyorların müalicəsi ilə birgə aparılmalıdır. Spesifik terapiya ilə yanaşı digər mikrofloraya təsir edən vasitələr də təyin olunur. Trioxmoniazın müalicəsində daha effektiv vasitə metronidazoldur (trixopol, metragil, flagil, klion, klion-D, fazijin, tiberal, naksodjin və s.). Dərmanların uzun müddət qəbul edilməsi və gigyena qaydalarına əməl olunması şərtdir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev