Qaynar Məqalələr

Aybaşı funksiyasının pozulmaları

ayb

Aybaşı funksiyasının pozulmaları.

Qadının aybaşı tsiklinin normal olması onun reproduktiv sağlamlığının mühüm göstəricisidir, pozulması isə müxtəlif ginekoloji və mürəkkəb ekstragenital patoloji proseslərin təzhürü ola bilər.
Menstrual funksiya pozulmalarının əmələgəlmə mexanizmi mürəkkəb neyrohumoral tənzimləmənin hansı səviyyədə olmasından və ya cinsiyyət sisteminin hansı şöbəsində daha mühüm dəyişikliklərin olmasından asılı olaraq müxtəlifdir.
Etiologiya və patogenezi:
Aybaşı pozulmasının əmələ gətirən səbəblər müxtəlif ola bilər:
1) Psixi əsəb xəstəlikləri, yorğunluq
2) Cinsiyyət orqanının inkişaf anomaliyaları
3) Kəskin, xroniki yoluxucu və septiki xəstəliklər, vərəm, süzənək, parazitar xəstəliklər
4) Qeyri-düzgün qidalanma
5) Avitaminozlar
6) Zərərli peşə şəraiti
7) Ürək-qan-damar sisteminin xəstəlikləri
8) Keçirilmiş ginekoloji əməliyyatlar
9) Cinsi yetişkənlik dövründə hipotalamus-hipofizar sistemində pozulmaların inkişafı
10)Sidik-cinsiyyət yollarının travması

Menstrual tsiklin pozulmalarına aşağıdakılar aiddir:
*Menstrual funksiyanın vaxtsız başlanması – vaxtından əvvəl, erkən, gecikmiş
*Dismenoreya
*Hipomenstrual sindrom
*Hipermentrual sindrom və disfunksional uşaqlıq qanaxmaları
*Neyroendokrin ginekoloji sindromlar
Dismenoreya ağrılı aybaşıya deyilir. Rastgəlmə tezliyi 8-80% arasında tərəddüd edir. Bir çox müəlliflərin fikrincə dismenoreya aybaşı günlərində qarnın aşağı nahiyəsində təzahür edən ağrılarla müşahidə olunan tsiklik patoloji prosesdir. Birincili və ikincili dismenoreyalar ayırd edilir. Birincili dismenoreya zamanı cinsiyyət orqanlarında patoloji dəyişikliklər olmur, ikincili dismenoreya zamanı isə ağrılar bilavasitə ginekoloji patologiyalarla əlaqədar olur.
Birincili dismenoreya adətən yeniyetməlik dövründən 1-3 il sonra, ovulyasiyanın başlanması ilə inkişaf edir. Etiologiyası tam axıra qədər öyrənilməmişdir. Lakin psixi amillərin xüsusi rolu qeyd edilir.
Bir sıra hallarda vegetativ simptomar – gəyirmə, hıçqırıq, ürəkbulanma, üşütmə, istibasma, tərləmə, hipertermiya, ağız quruluğu, dizuriya, qarnın köpməsi, tenezmlər və s. müşahidə olunur.
Digər qadınlarda isə vegetativ damar simptomları – bayılma, başağrısı, başgicəllənmə, taxikardiya, bradikardiya, ayaqlarda, üzdə, göz qapaqlarında ödem və s. şikayət edirlər.
Həmçinin psixi-emosional simptomlar – əsəbilik, anoreksiya yaxud bulemiya, depressiya, yuxululuq, yuxusuzluq, qoxulara qarşı ikrah hissi, iştah pozulmaları da müşahidə olunur.
Müalicəsi:
Birincili dismenoreyanın müalicəsi zamanı hestagenlər, hormonal kontraseptivlər, qeyri-steroid iltihabəleyhinə vasitələrdən, eləcə də spazmolitiklər, maqnezium preparatları, iynəbatırma və fizioterapevtik prosedurlardan istifadə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev