Qaynar Məqalələr

VULVIT

vilvit

VULVIT.
Vulvit xarici cinsiyyət üzvlərinin iltihabi xəstəliyidir. Vulvitlər birincili və ikincili olurlar. İkincili vulvit adətən yaşlı qadınlaqda olur. Buna səbəb uşaqlıq yolundan gələn ifrazatın infeksiyalaşmasıdır. Bəzəndə helmintoz səbəbindən, antibiotiklərdən qeyri-düzgün istifadə nəticəsində meydan gəlir. Vulvit kliniki gedişinə görə 2 cür olur:
– kəskin
– xroniki
Xəsətəliyin əsas əlaməti qaşınma və ğöynəmədir. Bundan başqa xəstədə üşütmə, qızdırma halları, selikli qişalarda ödem və hiperemiya olur, periferik limfa düyünləri böyümüş olur.
DİAQNOZ: Vulvitin diaqnozu xəstənin şikayətlərinə, anamnezinə və ginekoloji müayinəyə əsasən qoyulur.
MÜALİCƏ kompleks şəkildə aparılır. Xəstə yerli və ümumi qüvvətləndirici vasitələrlə müalicə olunur. Kəskin vulvitdə xəstəyə yataq rejimi təyin edilir. Xəstələrə antiseptik vannalar təyin edilir. Antibiotik mikrobu nəzərə alaraq təyin edilir, antihistamin preparatlar verilir. Vulvitin profilaktikasında gigiyena qaydalarına əməl eləmək xəstəliyin əsas müalicə üsülüdur.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev