Qaynar Məqalələr

Qutablar

qutab

Qutablar.
Bu gün sizlərə bir neçə qutab növünün hazırlanma qaydasını öyrətmək istəyirəm. Xəmir üçün bizə aşağıdakılar lazımdır:
– 2 kq un
– 1 xörək qaşığı duz
– ½ stəkan duru yağ
– 1 çay qaşığı quru maya
Əvvəlcə quru mayanın üzərinə bir az ilıq su töküb kənarda 10 dəqiqə saxlayırıq.
Sonra unun üstunə duzu səpib yağı tökürük. Yumşalmış mayanı da unun üstünə töküb xəmir yoğururuq. Xəmiri yoğurduqdan sonra üstünü örtüb qoyuruq 1-1,5 saat dincəlsin.

GÖYƏRTİ QUTABI hazırlamaq üçün göyərtilər (göy soğan, keşniş, şüyüd, cincilim, quşəppəyi) yaxşıca yuyulub təmizlənib, xırda doğranır, üzərinə duz, istiot, alça turşusu qaılır. Yaxşı qarışdırılıb orta ölçüdə yaylımış yuxanın yarı hissəsinə qoyulub digər tərəfi ilə üstü örtülür. Sacda bişirilib, yağlanıb, süfrəyə verilir.
QARIN QUTABI hazırlamaq üçün qarın, əvvəlcədən yuyulub bişirilir, ət maşınında üyüdülür. Duz-istiot, nar dənələri qatılıb yuxanın içinə qoyulub bükülür, sacda bişirilib, yağlanır.
ƏT QUTABI hazırlamaq üçün körpə quzu əti ət maşınında üyüdülür, azca soğan qatılır. Üzərinə duz, istiot nar dənələri əlavə edilib, yuxanın üstünə qoyulur, üstü ortülür. Sacda bişirilir, yağlanır.
BALQABAQ QUTABI hazırlamaq üçün qabaq dilimlənib parda bişirilir, üstünə azca yağda qızardılmış soğan, qoz ləpəsi və nar dənələri əlavə edilib yuxanın üstünə qoyulub bükülür. Sacda bişirilib, yağlanır.
Qutaba nar dənələri zövqə görə vurulur. Narı xoşlamayanlar içliyə nar dənələri tökməsələr yağlanmış qutabın üzərinə sumaq səpib yeyə bilərlər.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev