ÖZÜMÜZ HAQDA BİLMƏDİKLƏRİMİZ

ozumuz

ÖZÜMÜZ HAQDA BİLMƏDİKLƏRİMİZ

1. Dil izi – barmaq izi kimi hır insanın dilinin izi də fərqli olur.
2.Töküntü – hər bir insan 1 saat ərzində 600 dəri hissəciyi tökür. Bu hər il təxminən 680 qram töküntü deməkdir. Orta hesabla 1 adam 70 yaşına qədər 48 kiloqram dəri tökmüş olur.
3.Sümük sayı – böyüklərin bədənində olan sümüklərin sayı, uşaqların sümüklərinin sayından az olur. Körpə uşaqlarda sümükləri sayı 350-yə yaxın, orta yaşlı adamda isə 206 sümük olur.
4. İy bilmə – burnumuz 50 fərqli iyi yaddaşında saxlaya bilir.
5. Orta yaşlı adamda nazik bağırsağın uzunluğu onun boyunun 4 qatı uzunluğundadır.
6. İnsan dərisinin 1kv/sm 32 milyona yaxın bakteriya yaşayır. Amma bunların çoxu zərərsiz bakteriyalardır.
7.İnsan bədəninin iylənməsinin səbəbi tərdir. Bir cüt ayaq 500 min tər vəzinə sahibdir və gündə yarım litr tər ifraz edə bilər.
8. Asqırma havada saatda 161 km sürətlə gedir.
9. Eritrositlər iki tərəfi çuxur olan dairə şəklində olurlar. Qan bədəndə daima hərəkət edir. İnsan bədənində olan damarların uzunluğu 96560 kilometrdir.
10. Orqanizmdə ən çox çalışan orqan ürəkdir. O gün ərzində 7571 litr qan vurur.
11. Bir ömür boyu insan orqanizmi 25 min litr tüpürcək ifraz edir. Bu 2 hovuzu doldurmağa yetər.
12. 60 yaşlarında olan kişilərin 60%-i, qadınların 40%-i xoruldayır.

13. Saç rəngi saçların nə qədər sıx olduğunu götərə bilir. Bir insanda otra hesabla 100 min saç tükü olursa, sarışınlarda bu rəqəm 146 minə bərabərdir. Qara saçlara sahib adamlarda orta hesabla 110 min saç tükü olur, bu rəqəm qəhvəyi rənglilərdə 100 minə bərabərdir.
14. Əl dırnaqlarımız kəsilməsə ildə 3 santimetrə qədər uzana bilir. Ayaq dırnaqlarımız isə bunun 1/4 –i qədər uzanır.
15. İnsan doğulanda başının çəkisi bədəninin çəkisindən 4 dəfə az olur. Orta yaşlı adamda isə başın çəkisi bədən çəkisinin 1/8 –inə bərabər olur.

immunitet.az

loading...

Məsləhət Görürük

sugar

Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli? Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev