Qaynar Məqalələr

Düşüklər

düsük

Düşüklər.
Düşük – özbaşına abort dölün vaxtından əvvəl (hamiləliyin 20 həftəsinə qədər) uşaqlıqdan xaric olaması deməkdir.
Ümumi məlumat:
Erkən düşüklər hamiləliyin birinci 3 ayında 10-30% qadınlarda olur. Bu, hamiləliyin ilk vaxtlarında olur ki, qadın bundan heç şübhələnmır, əlaməti yalnız ağrılı aybaşı olur.
Səbəbləri:
Erkən düşüklər
-embrion, döl və ya ciftin defekti
-infeksion xəstəliklər, məs. parotit, su çiçəyi, qızılca, məxmərək
-hormonal disbalans (hormonların defisiti)
-auto immun reaksiyalar – qadının immun hüceyrələri dölü zədələyir
Gecikmiş düşüklər
-ciftin və uşaqlıq boynunun defektləri
-toksiki maddələrin-müəyyən dərmanlar, siqaret, alkohol və kimyəvi maddələrin təsiri
Simptomları:
-uşaqlıq yolundan daimi ifrazat
-qarnın aşağı hissəsində, beldə ağrılar, qanaxmalar
-uşaqlıq yolunda qan laxtasının xaric olması
Siz nə edə bilərsiniz:
Əgər qanaxma varsa mütləq həkimə müraciət edin.
Həkim nə edə bilər:
Həkim xəstəlik tarixini nəzərdən keçirir və ginekoloji müayinə aparır, USM təyin edir. Düşük təhlükəsi olduqda xəstə hospitalizasiya olunmalıdır. Əgər xəstəlik təsdiq olunursa uşaqlıq yolu açılır və uşaqlıq təmizlənir, dölün, ciftin qalıqları aradan götürülür.
Profilaktikası:
Hamiləlik vaxtı fiziki gərginlikdən, spitli içkilər, sigaret çəkməkdən imtina etmək lazımdır. Hamiləlik vaxtı ifrazatlar olduqda həkimə bildirmək lazımdır, həkim göstərişi olmadan dərman maddələri qəbul etmək olmaz.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev