Qaynar Məqalələr

ALKOHOLUN ZƏRƏRLƏRİ

viski

ALKOHOLUN ZƏRƏRLƏRİ.
Ad günlərində, şənliklərdə, yığıncaqlarda həmişə spirtli içkilərin süfrədə olması onun zərərli və asılılıq yaradan xüsusiyyətə malik olmasını insanlara unutdurur. Halbuki, spitli içki qəbuluna görə ölən insanların sayı, xəstəliklərə ölən insaların siyahısında 3-cü yeri tutur. Həi il 2,5 milyon insan spirtli içki qəbuluna görə həyatını itirir. Spirtli içkinın səbəb olduğu sosial problemlər arasında iş yerini itirmə, boş yerə xərclənən pul itkisi və sərxoş ananın dünyaya uşaq gətirməsi ilk üçlükdə durur.
Spirtin tərkibində etanol var. Etanol kimyəvi bir zəhərdir. Onun insan orqanizminə verdiyi zərər orqanizmə daxil olma miqdarı ilə düz mütənasibdir. Spirtli içki qəbul edın ananın dünyaya gətirdiyi uşaq ürəyində, beynində qüsurla doğulur. O da böyüyəndə spirtdən asılı olur və o da içki qəbul edən şəxsə çevrilir. Belə uşaqlar təhsildə zəif, cinayətlərdə isə fəal iştirakçı olurlar.
Spirtli içkilər asılılıqdan başqa beyində, həzm sistemində, ürək damar sistemində, ağciyərlərdə 60-a yaxın xəstəliyin əmələ gəlməsinə səbəb olur. Spirtli içkinin ən çox zərər verdiyi orqan qara ciyərdir. Spirt qara ciyəri elə zədələyir ki, onun müalicəsi mümkün olmur. Onun insan beynində əmələ gətirdiyi xəsarətlər geridönməz proseslərdir.
Hər il dünyada baş verən saysız-hesabsız avtomobil qəzaları, cinayətlər, ailə-məişət münaqişələrinin 98%-i spirtli içkinin təsiri altında baş verir. Yaddan çıxarmayın spirtli içkidən uzaq durmaq, bizim özümüzə və doğmalarımıza verə biləcəyimiz ən böyük faydadır.

immunitet.az

loading...

Məsləhət Görürük

caverme

Aqoniya nədir

Aqoniya nədir? Canvermənin əlamətləri Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. …

Яндекс.Метрика

Designed by F.Aliyev