Qaynar Məqalələr

BADAM YAĞININ FAYDALARI

badam

BADAM YAĞININ FAYDALARI.
Badam yağının orqanizm üçün faydası böyükdür. Badam yağından ən çox saçlara qulluq və kosmetik vasitə kimi istifadə edilir. Onun tərkibində olan A və K vitamini, bol protein dəri üçün hazırlanan kosmetik vasitələrdə əvəzolunmaz bir qatqıdır. Badam yağından aromaterapiyada da istifadə edilir. Təkkibindəki vitaminlərin orqanizmə faydası çox olduğuna görə badam yağından körpə uşaqlar üçün hazırlanan dəri kremlərin də də istifadə edilir. Badam yağının dəriyə aşağıdakı faydaları vardır:
– dərini nəmləndirir
– quruluğu azaldır
– iltihabı aradan qaldırır
– dərini yumşaldır
– hamarlaşdırır
– dodaqdakı çatları aradan qaldırır
– dəridəki kəpəklənmənin qarşısını alır
Yatamazdan əvvəl gözlərin ətrafıdakı qaralmış hissələrə badam yağı sürtülərsə qaralmanın aradan qalxmasına kömək edir. Dərinin yenilənməsini və parlaqlığının təmin edir. Badam yağı dərinin erkən yaşlanmasının qarşısını alır.
Badam yağı dərinin yağlanmasından dolayı meydana çıxan ölü hüceyrələri təmizləyir. Bir miqdar badam yağına limon sıxıb 30 dəqiqə masaj şəklində dəriyə tətbiq etdikdə sizaqların təmizlənməsinə kömək edir.
Badam yağı psoriaz və ekzema xəstəliklərində müalicəvi əhəmiyyə kəsb edir. Dərinin iltihabi proseslərində, qaşıntı və qızartılara qarşı müsbət təsir göstərir. Lavanda yağı ilə qarışdırıb dəriyə tətbiq etdikə təsiri güclənir.
Badam yağı əl və ayaq yumşaldıcı krem kimi də istifadə edilə bilər, qırışıq və çatlara yaxşı təsir göstərir.
Badam yağının ən azı dəri qədər saça da faydası vardır. Saçların parlaq və sağlam görünüş qazanmasının təmin edir. Sağlam şəkildə uzanmasına kömək edir. Xüsusuən hind yağı və zeytun yağı ilə badam yağı qarışığını saçlara tətbiq etmək yaxşı nəticə verir.
Badam yağını doymamış yağlar, protein və kalsiumkarbonat birləşmləri ilə zəngin olduğundan ürəyə də çox xeyri vardır. Xüsusuən yeməklərdə və shirniyyatlarda badam yağından istifadə etmək çox xeyirlidir.
Təzyiq və xolestrolu aradan qaldırmağa kömək edir. Həzm sistemi fəaliyyətini stimulə edir. Sinir sistemi və yaddaşı gücləndirir. Ürəyin fəaliyyətini tənzimləyir, uşaqlarda sümük inkişafında böyük rol oynayır.
Badam yağı əzələ ağrıları zamanı  tətbiq edildikdə ağrıları azaldır.
Tərkibindəki sink və kalium karbonat sayəsində dırnaqların inkişafına da yaxşı təsir göstərir.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev