Qaynar Məqalələr

Palıd qozası

palid

Palıd qozası.
Palıd, hündürlüyü 40-50 çatan, bəzi halarda diametri 2 m-dən çox olan uzunömürlü ağacdır. Palıd qozalarının qeyri-adi müalicəvi xüsusyyətləri və kulinariyada çoxlu istifadə formaları var. Ondan qoza qəhvəsi və qoza unu hazırlayıb çörək və bulka məmulatlarına, həmçinin sıyıqlara əlavə etmək olar. Yüksək qidalandırıcı xassəsinə görə palıd qozası müharibə və aclıq illərində xilaskar rolu oynayıb.
Faydalı xüsusiyyətləri-palıd qozasının qida məhsulu və müalicəvi vasitə olduğu qədim dövrlərdən məlumdur. Hələ 5 min il əvvəl qozadan qida məhsulu kimi istifadə edilib. Palıd qozasının tərkibində zülallar, karbohidratlar, taninlər, şəkərlər, piyli yağlar, aşı maddələri və çox miqdarda nişasta var.
Xalq təbabətındə palıd qozasından enurez, sidikçıxarıcı yolların iltihabı, kişi və qadın cinsi xəstəlikləri, kəskin kolitlər, ishallar və hətta diş ağrılarının müalicəsində istifadə olunur.
İshal zamanı 1 çay qaşığı xırdalanmış qoza 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan içilir. Müalicə 1 aya qədər aparılır.
Astma, bəlğəmli öskürək, bronxitlər və ürək xəstəlikləri zamanı qoza qəhvəsi qəbul edilir. Qoza toplandıqdan sonra çəhrayı rəng alana qədər sobada qızardılır, soyudulur, qabığı təmizlənir və qəhvəüyüdəndə üyüdülür. Qəhvə bişirmək üçün 1 çay qaşığı qoza tozu 1 stəkan suda dəmlənir.
Şəkərli diabetin müalicəsində qurudulmuş palıd qozasından hazırlanmış toz gündə 2 dəfə -səhər yeməyindən əvvəl və axşam yatmazdan əvvəl qəbul olunur.
Qoza unu hazırlamaq üçün palıd qozaları toplanır, qabıqdan təmizlənir, hissə-hissə doğranaraq 2 sutka suda isladılır. Həmin müddətdə süyü tez-tez qarışdırmaq və ən azı 4 dəfə dəyişdirmək lazımdır. Sonra qozalar suda qaynadılır, suyu süzülür, ətçəkən maşından keçirilir, əvvəlcə havada, sonra isə sobada qurudulur. Alınan kütlə üyüdülərək un hazırlanır, çörək, peçenye və başqa məmulatların hazırlanmasında istifadə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev