Qaynar Məqalələr

KLİMAKTERİYA

oglan

KLİMAKTERİYA.
Klimakterik sindrom – klimakterik dövrün fizioplojİ gedişatını fəsadlaşdıran simptomlar komleksidir. Klimakterik dövrlər aşağıdakılardır:
-premenopauza
-menopauza
-postmenopauza
Klimakteriya dövründə estrogenlərin sekresiyası zəifləyir və qonodotrop aktivlik güclənir. Bu dəyişilkiklər nəticəsində hipotalamusun estrogenlərə həssaslığı artır, orqanizmdə bir sıra həyat əhəmiyyətli dəyişikliklər baş verir.
Hipotalamo-hipofizar – yumurtalıq sistemində gedən bu dəyişikliklərə əslində normal fizioloji hal kimi baxmaq olar. Lakin qadınların 70 %-də bu dövr müxtəlif patoloji pozğunluqlarla müşayət olunur. Patoloji dəyişikliklərə əlverişsiz şərait, ailə münaqişələri, ürək, qan – damar sistemindəki xəstəliklər, mədə-bağırsaq sisteminin xəstəlikləri, müxtəlif ginekoloji xəstəliklər aiddir.
Klimakterik sindromu kliniki mənzərəsinə görə 3 qrupa bölmək olar:
1. psixo-emosional simptomlar
2. urogenital simptomlar
3. endokrin – metobolik pozulmalar
Klimakterik sindromun kliniki mənzərəsində olan patoloji proses, qocalan orqanizmin yumurtalıqların fəaliyyətinin yaşla əlaqədar zəifləməsinə adaptasiyasından xəbər verir.
Klimakteriya dövründə qadınlarda istibasma olur. Xəstəliyin ağırlıq dərəcəsini istibasmaların sayına görə qiymətləndirirlər. Orta dərəcə klimakteriyada 20 dəfə istibasma olur.
Klimakteriyanın ağırlaşmaları endometriumun hiperplaziyası və xərçəngönü xəstəliklər, cinsiyyət üzvlərinin prolapsı, xarici cinsiyyət orqanlarının distofik dəyişiklikləridir. Klimakterik sindrom xəstəliyinə diaqnoz qoymaq cətin deyil.
MÜALİCƏSİ: Müalicə kompleks şəkildə aparılır, dərman preparatlarından, qeyri-ənənəvi tibbi müalicə və hormonal müalicədən ibarət olur.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev