MENOPAUZA DÖVRÜNÜN PATOLOGİYALARI

menep

MENOPAUZA DÖVRÜNÜN PATOLOGİYALARI.
Menopauzadan sonrakı dövr klimakterik dövr adlanır. Bu dövr adətən qadınlarda 45-47 yaşdan sonra baş verir. Ancaq qadınlarda yumurtalıqların bəzi xəstəlikləri üzündən xarıc olunması qadınlarda erkən klimakteriyanın başlamasına səbəb olur.
Klimakteriya dövründə yumurtalıqların funksiyasının bitməsi ilə qadınlarda hormonal dəyişikliklər baş verir. Yumurtalıqların həcmi və ölçüləri kiçilir, neyrovegetativ, endokrin-mubadilə, psixoemosional təzahürlər, urogenital pozğunlaqlar, osteoparoz, ürək – damar xəstəlikləri və s . baş verir. Bu dövrdə qadınlarda baş ağrıları, yüksək tempratura dözümsüzlük, taxikardiya, yorğunluq, yuxunun pozulması,  fikrin dağınıq olması, iş qabiliyyətinin aşağı düşməsi, yaddaşın zəifləməsi, əsəbilik, ağlağanlıq, cinsi meylin zəifləməsi , narahatlıq kimi hallar baş verir. Klimakteriya dövründə estrogenin defisiti ilə əlaqədar olaraq qadınlarda ürəyin işemik xəstəlikləri, beyin qan dövranının pozulması baş verir. Kalsium mübadiləsinin pozulmasına görə sümük toxumasında da mübadilə pozulur ,osteoparoz inkişaf edir, sümüklərdə ağrılar olur. Buna görə də xəstələrə hormon müalicəsi təyin edəndə, sümükləri möhkəmləndirmək üçün preparatlar təyin edilir. Klimakteriya dövrünü funksional pozğunluqlarla keçirən xəstələr mütləq həkimə müraciət etməlidirlər. Xəstələrə həkimin təyinatları ilə birgə ətraf mühitdəki şəxslərin diqqət və qayğısı da vacibdir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev